Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailli şagirdlər Azərbaycan tarixini dərindən öyrənirlər

Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Səbail rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində rayonun bütün orta məktəblərində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir


Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan növbəti tədbir Səbail rayonunun  7 saylı orta məktəbində rayonun pedaqoji işçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

7 saylı məktəbin direktoru Könül Həsənova əvvələcə qonaqları məktəbin foyesində məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgi və gənc rəssamların tədbirlə bağlı çəkdikləri rəsmlərlə tanış etmişdir.
Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirən şagirdlər həmin illərin xəritəsi qarşısında təmsil etdikləri obrazın dövrü və onun qazandığı uğurlar barədə məlumat vermişlər. 

Daha sonra məktəbin akt zalında «İstiqlalımız əbədidir» mövzusunda video konfrans təşkil olunmuşdur. Siniflərdə tarix, Azərbaycan və ingilis dili fənləri üzrə şagirdlərin istiqlal barədə mülahizələri dinlənilmişdir.
Tədbirdə «Tariximiz dünən və bü gün» mövzusunda şagird araşdırmaları təqdimatı keçirilmişdir. Məktəbin yuxarı sinif şagirdləri tərəfindən  Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən mövzular  barədə çıxışlar eilmişlər. 

Qeyd olunmuşdur ki, Ulu öndər Azərbaycan tarixini dərindən bilib və onu dərindən öyrənməyi həmişə uşaqlara tövsiyə etmişdir. O, qeyd etmişdir ki, «…Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir».

Buna görə də rayonun orta məktəblərində oxuyan şagirdlərin tariximizə  olan marağanın daha da artırılması üçün bir sıra tədbirlər keçirilir, muzey və sərgi salonlarına ekskursiyalar təşkil olunur, tarixi film və teatr tamaşalarına kollektiv baxışlar təşkil olunur. Bu istiqamətdə görülən işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il məktəblərdə tarix konfransları keçirilmiş və yaxın günlərdə yekun konfrans təşkil olunaraq bu tədbirlərdə fərqlənən şagirdlərin tariximizin müxtəlif dövrlərinə həsr olunmuş araşdırma monoqlafiyalarının kitab şəklində çap olunması nəzərdə tutulmuşdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar