Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərə kim qatılacaq?


Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək


Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub, bu baxımdan 2014-cü il seçkilərinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək mümkündür.


Hakim Yeni Azərbaycan Partiyasının Idarə Heyəti martın 18-də bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələni müzakirə edərək müvafiq qərarlar çıxarıb. Bəs müxalif partiyalar dekabr seçkisində iştirak etmək istəyirlərmi?

“Media forum” saytına açıqlama verən Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılmaq niyyətindədir: “Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya kimi seçkilərdə iştirak edə bilmərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsinlər.

Tərəddüdlərin obyektiv səbəbləri var. Birincisi, Azərbaycanda bələdiyyələrin statusu Avropa Yerli Idarəetmə Orqanları Xartiyasının tələblərinə cavab vermir. Bələdiyyələrin səlahiyyətləri artırılmalı, Bakı, Gəncə və Sumqayıt  kimi iri şəhərlərdə böyük bələdiyyələr yaradılmalıdır. Icra hakimiyyətlərinin bəzi səlahiyyətləri bələdiyyələrə verilməlidir. Eyni zamanda seçkilər demokratik və qanuni yolla keçirilməlidir. Bütün seçkilər ardıcıl olaraq saxtalaşdırıldığına görə üzvlərimizin seçki prosesində iştirak etməyə marağı yoxdur.

Biz Ümid və Aydınlar partiyaları ilə birgə təmsil olunduğumuz Qarabağ blokunda bələdiyyə qanununun Avropa Yerli Idarəetmə Xartiyasına uyğunlaşdırılması təşəbbüsü ilə çıxış etmişik. Bununla bağlı komissiya yaratmışıq. Komissiya bələdiyyə qanunvericiliyinə əlavə və düzəlişlərin edilməsi ilə bağlı layihə hazırlayır. Həmin layihə hazır olduqdan sonra Milli Məclisə təqdim edəcəyik. Bələdiyyə seçkilərində iştirak etməklə bağlı da müvafiq iş aparılır".

“Media forum” saytının sualını cavablandıran Müsavat başqanının müavini Arif Hacılı deyib ki, bələdiyyə seçkiləri məsələsi partiyanın strukturlarında ciddi müzakirə edilir: “Biz mövcud siyasi vəziyyətə və öz resurslarımıza uyğun qərarlar qəbul etmək fikrindəyik. Partiya strukturlarında araşdırmalar aparmışıq. Müsavat Partiyası Məclisinin toplantısında bu məsələ müzakirə olunacaq. Bu müzakirələrin  sonunda yəqin ki, bələdiyyə seçkilərinə uyğun müvafiq qərar qəbul ediləcək.

Təəssüf ki, Azərbaycanda yerli özünüidarəetmə funksiyalarını həyata keçirən bələdiyyə sistemi mövcud deyil. Yəni seçkili orqan olan bələdiyyələr yerli özünüidarəetməni həyata keçirmir. Əslində onların real səlahiyyətləri yoxdur. Bələdiyyələrlə bağlı ciddi islahatların həyata keçirilməsini tələb etmək niyyətindəyik. O cümlədən iri şəhərlərdə merlərin seçki yolu ilə müəyyənləşdirilməsi istiqamətində təkliflər irəli sürmüşük. Bu təkliflərin həyata keçirilməsinə çalışacağıq".

AXCP sədrinin müavini Gözəl Bayramlı “Media forum”a deyib ki, hazırda partiyanın bələdiyyə seçkilərində iştirak etmək barədə qərarı yoxdur: “Lakin Ali Məclisin son sessiyasında bu məsələ müzakirə olunub, qərar vermək rayon şöbələrinin öhdəsinə buraxılıb. Amma yekun qərar Ali Məclisin olacaq. Güman edirəm ki, seçki qanunvericiliyinin dəyişməsə, seçkiqabağı mühit normallaşmasa, seçkilərdə iştirak məqbul deyil. Seçki qanunvericiliyinə həm partiya olaraq, həm də Milli Şura çərçivəsində bir sıra dəyişiklik təklifləri vermişik. Lakin hakimiyyət bu təkliflərin heç birini nəzərə almayıb”.

P.S. Müsavat Məclisi aprelin 12-i bələdiyyə seçkilərində iştirak qərarı verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar