Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyevdən nə xəbər var?


Son bir ayda cəbhə xəttimizdə baş verən gərginlikdə bir məqam diqqət çəkdi. 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olmuş Səfər Əbiyev ortalıqda görünmədi. Təsadüfi deyil ki, 18 il nazir olan Əbiyevin bir dəfə də olsun, müharibə ilə bağlı açıqlamasının şahidi olmadıq


PİA.AZ xəbər verir ki, musavat.com-un bu mövzuda hazırladığı yazıda bildirilir ki, sabiq nazirin varlığından-yoxluğundan hər kəs xəbərsizdir. Onun gah Çexiyada olduğu, gah da Azərbaycanı tərk etmədiyi haqda şayiələr dolaşır.

Əbiyevin yoxluğunun fonunda bir məsələ də gündəmə gəlib: uzun müddət müdafiə naziri işləmiş bir şəxsin ölkəni tərk etməsinin yarada biləcəyi təhlükələr hazırda əsas müzakirə mövzudur. Çünki 18 il nazir olan şəxs heç şübhəsiz ki, hərbi sirlərimiz barədə məlumatlıdır. Əslində qalsa, dünya ölkələrinin əksəriyyətində müdafiə naziri işləyən şəxs vəzifəsindən getdiyi zaman onun ölkədən çıxışı da qadağan olunur.

Politoloq Qabil Hüseynli bildirib ki, Əbiyevin son proseslərlə bağlı fikir bildirməməsi ciddi qəbahətdir:“Uzun müddət müdafiə naziri işləmiş bir şəxs ordumuzun hazırkı uğurları ilə bağlı fikir bildirmirsə, deməli, bu şəxs nazir olduğu 18 il ərzində ordu quruculuğunda ciddi uğur qazanmadığını etiraf edir. Onun bu məsələlərə qibtə hissi ilə yanaşdığının şahidi oluruq. İndiki nazir iki ildir çalışır. Bu illər ərzində bölgənin ən güclü ordusunu yarada bildi. Əlbəttə, bu işdə ölkənin Ali Baş Komandanının da böyük rolu var. İndiki nazir qurduğu ordunu təkmilləşdirməkdə davam edir. Səfər Əbiyev isə ”kabinet naziri" idi. Ordudakı təlimlərə də diqqət ayırmırdı. Onun dövründə hərbi təlimlər nadir hallarda keçirilirdi. Zakir Həsənov nazir gələndən ordu bir an da sakit dayanmır. Bir sözlə, Azərbaycan ordusunu ön sıralara çıxara bildi".

Hərbi ekspert Üzeyir Cəfərov hər bir şəxsin üzərinə düşən iş barədə cəmiyyətə hesabat verməli olduğunu qeyd etdi: “Hesabat vermək normal bir haldır və ölkənin göstəricilərindən biridir. Sabiq müdafiə naziri də nadir hallarda mətbuat qarşısına çıxırdı. Ondan fərqli olaraq, hazırkı müdafiə naziri tamam fərqli mövqe nümayiş etdirir. Bu mövqe də müharibə aparan ölkənin birinci əsgəri üçün yaxşı haldır. Amma bu gündən danışaq. Gedənin arxasınca danışmağı sevmirəm. Keçmiş və indinin özündə yaxşı işlər də var, mənfilər də. Elin gözü tərəzidir. İndiki nazirin gördüyü işlər göz qabağındadır. Təkcə sabiq müdafiə naziri Səfər Əbiyev deyil, başqaları da var. Onları da bu proseslərdə görmək istərdim. İndi çoxları danışmır, niyə danışmırlar? Bundan ağır gün də ola bilərmi? Hər kəs danışmalı, öz kanalları ilə təbliğat aparmalıdır. Müharibə təkcə cəbhədə olmur, informasiya savaşı da əsas rol oynayır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar