Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyevin dindirilməsi gözlənilir


Sabiq nazirə qarşı ittiham var


 Səfər Əbiyevin Hərbi Prokurorluqda dindirilməsi gözlənilir  
Hərbi ekspert Üzeyir Cəfərov dünən Respublika Hərbi Prokurorluğunda ifadə verib.

 Bu barədə ekspert özü məlumat verib. İfadə verməsinə səbəb isə onun şikayəti əsasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov və onun tabeliyində olan bir neçə vəzifəli şəxsə qarşı vəzifə səlahiyyətlərini aşma və Azərbaycan xalqına yanlış məlumat verməyə görə cinayət işinin başlanmasıdır.

Ekspert bildirib ki, dünən bu məsələ ilə əlaqədar 4 saata yaxın Hərbi Prokurorluqda olub və şikayəti ilə bağlı geniş izahat yazıb: “Öz ərizəmdə göstərdiyim xüsusatlarla bağlı daha ətraflı məlumat verdim. Mənə elə gəlir ki, bu yaxınlarda biz bilmədiyimiz bəzi işlər haqqında da geniş məlumat ala biləcəyik. Hətta araşdırmanın gedişində sabiq müdafiə naziri Səfər Əbiyevin, eləcə də hazırkı nazir, general-polkovnik Zakir Həsənovun və digər yetkililərin də sorğu-suala tutulması mümkündür. Söhbət Rusiya Federasiyasının vətəndaşı, RF Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Bağır Fətullayevin hansı yollarla uzun müddət Silahlı Qüvvələrimizin Hərbi Akademiyasında mühüm vəzifədə çalışması, ona məxfi qrifli məlumatlarla sərbəst şəkildə işləməsinə şərait yaradılması, həmçinin ona Azərbaycan dövlətinin büdcəsindən külli miqdarda pul vəsaitin verilməsi və onlarla digər hallardan gedir. Artıq Müdafiə Nazirliyi tez-tələsik vəziyyətin ciddiliyini nəzərə alaraq, aparılan araşdırma ilə bağlı vəzifəli şəxslərdən birinin imzası ilə Hərbi Prokurorluğa 9 avqust tarixində rəsmi məktub da göndərib. Və hesab edirəm ki, bu məktubla onlar öz-özlərini bir az da çətin vəziyyətə salıblar”.

Ü.Cəfərov xatırladıb ki, general Bağır Fətullayevlə bağlı məsələ ortalığa çıxanda MN-nin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bu faktı təkzib edərək, belə adda adamın ümumiyyətlə Azərbaycan SQ-də xidmət və ya qulluq etməsini qəti şəkildə inkar etmişdi: “Amma adıçəkilən general Bağır Fətullayevin isə mətbuata verdiyi açıqlamada həqiqətən də RF-nın vətəndaşı olmasını, SQ-in Hərbi Akademiyasında çalışmasını özü etiraf etmişdi. İndi ətraflı araşdırma gedir deyə mən bir sıra vacib məqamlara toxunmaq istəməzdim. Anası erməni milliyətindən olan polkovnik Seyran Qaffarovla da bağlı maraqlı araşdırmalara başlanılıb. Burada da çox ciddi məqamlar olduğuna görə düşünürəm ki, bir sıra həqiqətlər ortalığa çıxacaqdır. Onun Xocalı qətliamı zamanı Tiflis şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Əməliyyat İdarəsində mühüm vəzifədə çalışması, Rusiyanın 366 motoatıcı alayının ermənlərə köməklik göstərəcəyi ilə bağlı məlumatları olduğu halda onun niyə əsl azərbaycanlı kimi lazım olan addımları atmaması, sonradan onun MN-nin Baş İnspeksiyasına, Hərbi Elmi Mərkəzinə, daha sonra isə bu yaxınlara qədər mənim açıqlamalarım yayılana qədər SQ Akademiyasında mühüm vəzifədə saxlanılması araşdırma mövzusudur”. 

Qeyd edək ki, Üzeyir Cəfərov erməni əsilli polkovnik haqda ilk dəfə Hafta.az-a açıqlamasında məlumat verib, bundan sonra MN bunu təkzib etdi. 
(hafta.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar