Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyevin həbsi ilə bağlı sensasion iddia



Sabiq nazir müavinin Milli Şuranın rəhbərlərindən biri ilə təmaslarından sonra barəsində istintaq başlayıbmış və onun ölkədən çıxmasına qadağa qoyulubmuş; Mehman Səlimovun cəlb edildiyi istintaq birbaşa Müdafiə Nazirliyinə aid deyilsə, polkovnikin suçu nə?


Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun gözlənilmədən həbsi ölkə mətbuatının əsas mövzularından birinə çevrilib. 

M.Səlimov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində həbs-qətimkan tədbiri seçilib.  1995-1999-cu illərdə S.Əbiyevin müavini olmuş M. Səlimovun həbsini sabiq müdafiə naziri ilə əlaqələndirənlər çoxdur. Məsələn, bizimyol.info saytı iddia edib ki, S.Əbiyevə ölkədən çıxmaq yasağı qoyulub. Baş Prokurorluq isə sabiq nazir barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilməsi barədə heç bir məlumat olmadığını bəyan edib. 



Sabiq nazirin yaxın çevrəsinin həbsi 1 ildən çoxdur davam edir, hələ də istintaq altında olan xeyli hərbçi  var. Ancaq həbslərin birdən-birə 15 il əvvəl ordudan istefaya göndərilmiş polkovnikə çatması “niyə məhz uzun müddət sonra polkovnik istintaqa cəlb olunub?”, “niyə işi Hərbi Prokurorluq deyil, Respublika Prokurorluğu aparır?” kimi haqlı suallar doğurub. 

***

Ötən sayımızda özəl mənbəyə istinadən xəbər vermişdik ki, M.Səlimov ətrafında istintaq hərəkətləri bir müddətdir ki, başlayıbmış və onun ölkədən çıxmasına qadağa qoyulubmuş. Bu məsələni araşdırarkən dəqiqləşdirdik ki, M.Səlimov barəsində istintaq 1 ildən çoxdur ki, başlayıbmış və onun ölkədən çıxmasına həqiqətən də qadağa qoyulubmuş. Məhkəmə işini mülki prokurorluq aparırsa, deməli, söhbət də mülki cinayətlərdən gedir. Buradan da aydın olur ki, M. Səlimovun cəlb edildiyi istintaq birbaşa Müdafiə Nazirliyinə aid deyil. Bəs M.Səlimovun suçu nə?



Adının çəkilməsini istəməyən mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, M. Səlimov ötənilki prezident seçkiləri ərəfəsi Milli Şura yaradılarkən bu qurumla əlaqələri səbəbindən hakimiyyətin qəzəbinə gəlib. Qaynağımız iddia edir ki, M. Səlimovun Milli Şuranın əsas fiqurantlarından biri ilə (adını həmin şəxsin təhlükəsizliyi baxımından çəkmirik) təmasları fiksə edilib.   Bundan sonra M. Səlimovun adı “qara siyahıya” salınıb. Hüquq-mühafizə orqanlarının əlində M. Səlimova qarşı konkret ittihamlar olsa da, istisna deyil ki, bu, sabiq nazir müavininşt cəzalandırmaq üçün ortaya atılıb.



Mümkündür ki, vəzifədən çıxarıldıqdan sonra da S. Əbiyevlə münasibətlərini davam etdirən M. Səlimovun Milli Şura ilə əlaqələri fiksə edildikdən sonra müdafiə naziri də “şübhəlilər sırasına” düşüb. O da istisna deyil ki, prezident seçkilərindən sonra S. Əbiyevin nazir kimi təsdiqlənməməsi səbəbləri sırasında onun adamının Rusiyanın proyekti kimi tanınan Milli Şura ilə təmaslarının da rolu olub. Yeri gəlmişkən, hələ seçki ərəfəsi belə söz-söhbətlər vardı ki, hakimiyyətdə çox nüfuzlu nazirlərdən biri S. Əbiyevlə görüşərək ona “Rusiyanın Azərbaycanda hakimiyyət dəyişəcək kimi çağırışlarına aldanmamaq” barədə xəbərdarlıq edib. Hər haldab S.Əbiyevin niyə işdən  çıxarılması və heç bir vəzifəyə təyinat almaması barədə suallar indi də açıq qalır...

***



M.Səlimovun həbsinin Milli Şura ilə əlaqəli olmasının mümkünlüyünü təsdiq edən daha bir faktı da xatırlatmaq yerinə düşər. Ötən ilin avqustunda  Azərbaycanın  xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyev  həbs edildi. N.Quliyevin həbsindən öncə Milli Şura rəhbərliyi ilə görüşmək istəməsi barədə məlumatlar vardı və sonradan Rüstəm İbrahimbəyov onunla belə bir təmas olduğunu təsdiqləmişdi.  Milli Şura sədri demişdi ki, N.Quliyev  bir neçə dəfə ona  zəng edib. “Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi” deyə, R.İbrahimbəyov bildirmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr Vasif Talıbovun yaxın qohumu olduğu deyilən N.Quliyev Abşeron Rayon Məhkəməsinin hökmü ilə  3 il müddətinə azadlıqdan məhrum olundu və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır...  

***



Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun M.Səlimovun həbsinin arxasında hansı faktların dayanması barədə dedikləri də diqqət çəkir. M.Səlimovu yaxşı tanıdığını deyən politoloq bildirib ki, bu həbsin səbəbləri sırasında daxil ədavət xüsusi rol oynayıb. “Mehman Səlimov vaxtı ilə açıq mətnlə mətbuatda Nəcməddin Sadıqova qarşı çıxış edib” deyən, Ə.Orucli onun hansısa iqtisadi cinayətlərdə əli olduğunu təkzib edib: “Mehman Səlimovu şəxsən tanıyan adam kimi deyə bilərəm ki, onun hansısa biznes sahələrinə sahib olması barədə deyilənlər həqiqətdən uzaqdır”.(azxeber.az).  



Hərbi ekspert Üzeyir Cəfərov M.Səlimovun  işdən çıxarılmasını Baş Qərargah rəisi Nəcməddin Sadıqov haqqında verdiyi açıqlamalarla əlaqələndirsə də, “Azadlıq” qəzetinə bildirib ki, bu fakt onun üçün də gözlənilməz olub: “Mehman Səlimov döyüş keçmiş cəsarətli zabit olub. Mən inanmıram ki, onu hərbi fəaliyyətinə görə həbs ediblər. Fikrimcə,  Mehman Səlimovun həbsi onun sonrakı fəaliyyəti ilə bağlıdır”.

Mövzunu diqqətdə saxlayacağıq. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar