Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirin Qarabağ açıqlaması


Münaqişənin sülh yolu ilə həllindən başqa alternativi yoxdur


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa alternativi yoxdur.

ANS PRESS-in məlumatına görə, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən tədbirdə Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib.

O, prezidentlər Fransua Oland, İlham Əliyev və Serj Sarkisyanın qarşıdakı görüşü barədə danışıb və xatırladıb ki, ErmənistanAzərbaycan prezidentləri arasında növbəti görüş barədə təşəbbüs Fransua Olland tərəfindən Bakıya, eləcə də İrəvana bu ilin mayında reallaşdırdığı səfəri zamanı irəli sürülüb və qəbul olunub. Görüş yaxın günlərdə Parisdə olacaq. Danışıqlarda hədəf Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılıb tapılması, yeni stimulverici məqamların yaranması olacaq. Tərəflər arasında etibarlılıq atmosferinin yaradılması çox əhəmiyyətlidir ki, ümumi vəziyyətin dəyişikliyi üçün yeni imkanlar yaransın.

Səfir ATƏT-in Helsinki aktının prinsiplərini xatırladıb, ölkələrin ərazi bütövlüyünə, xalqların hüquqlarının qorunmasına hörmətlə yanaşmağın zəruriliyini, bölgədə sabitliyin bərpasına ehtiyac olduğunu söyləyib.

O, qondarma DQR prezidenti Bako Saakyanın həmsədr ölkələrin prezidentlərini Dağlıq Qarabağa səfərə dəvət etməsindən xəbərsiz olduğunu vurğulayıb: "Mən bu təşəbbüsdən məlumatsızam. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ATƏT-in Minsk qrupunun formatına daxildir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar