Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirlikdən itkin düşən azərbaycanlılarla bağlı müraciət



Azərbaycanın Ukraynadakı səfirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Kiyevdəki nümayəndəliyinə və bu ölkənin Xarici İşlər Nazirliyinə itkin düşən azərbaycanlılarla bağlı müraciət edib


Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. O bildirib ki, ötən həftə sonu edilən müraciət iyul ayından itkin düşən Azərbaycan diasporunun iki üzvü - iş adamları Cahangir Əliyev və İkram Ədilovla bağlıdır: "Biz müraciətdə bu iki tanınmış şəxsin tezliklə tapılmasını istəmişik”.
 
İ.Ədilovun əmisi oğlu Rasim Ədilov isə APA-ya bildirib ki, ailələrinə itkin düşənlərin Ukrayna Milli Qvardiyası tərəfindən tapıldığı və hazırda onların nəzarətində olduqları bildirilsə də, hələlik əlaqə yarada bilmirlər. O, azərbaycanlı iş adamlarının hazırda Luqansk vilayəti ərazisində olduğunu təxmin etdiklərini söyləyib.
 
Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gediblər və həmin ərazi bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar