Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi xarici həkimlərə xəbərdarlıq etdi


“Xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləri tibbi xidmətlərin keyfiyyəti ilə bağlı də müəyyən boşluqlar var”


Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, bu məsələ Səhiyyə Nazirliyinin diqqətindədir: “Azərbaycana gələn mütəxəssislər ölkədə tibbi fəaliyyət göstərmək üçün birinci növbədə Səhiyyə Nazirliyindən şəhadətnamə, bundan sonra isə Dövlət Miqrasiya Xidmətindən əmək miqrasiyası sənədi almalıdırlar. Sözsüz ki, qanunları pozan adamlar da olur və onlar nizam-intizama cəlb olunurlar”.

 E. Ağayev bildirib ki, ölkəyə gələn miqrant həkimlərə müəyyən limitlər var və bunlar da Səhiyyə Nazirliyi ilə razılaşdırılıb: “Dövlət Miqrasiya Xidməti ilə aparılan danışıqlara əsasən və Səhiyyə Nazirliyinin təklifi ilə o limitlərdən də kənar mütəxəssislərin gəlməsi üçün şərait yaradılır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda bu gün həyata keçirilə bilməyən əməliyyat yoxdur: “Ölkəmizdə sümük iliyinin transplantasiyası, orqan nəqli, böyrək, qaraciyər köçürülməsi əməliyyatları həyata keçirilir. Azərbaycan prezidentinin tapşırığı ilə Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il ərzində 264 uşaqda ürək əməliyyatı həyata keçirilib”.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin deputatı Musa Quliyev də analoji fikirlər səsləndirmişdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar