Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib
O səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.
Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova icra edir.
Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.
pia.az