Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyədə baş alıb gedən korrupsiya körpələri öldürür - Zaqatala RMX-nın baş həkimindən tükürpədici şikayət


Zaqatala sakini: «Baş həkim Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləsəydin, uşaq sağ qalardı»


Leyla Seyidəliyeva: «Bu iş prokurorluqda araşdırılır».

Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi ev 25 ünvanında yaşayan vətəndaş Naibov Vüqar Hüseynbala oğlu mətbuat vasitəsilə ölkə prezidenti İlham Əliyevə və birinci xanım, H.Əliyev adına Fondun prezidenti Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb. Məktubda şikayətçi iddia edir ki, məhz Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı qeyri-insani və həkim kodeksinə qətiyyən sığmayan korrupsiya sistemi nəticəsində yeni dünyaya gələn körpəsi tələf olub. 

PİA.AZ-a ünvanlanan həmin şikayətini və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın mövqeyini oxucularının diqqətinə cəlb edirik:

«ŞİKAYƏT MƏKTUBU»

Mətbuat vasitəsilə Prezident, cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsinin yarıtmazlığı, özbaşınalığı nəticəsində uşağım qəsdən məhv edildi. Belə ki, hamilə olan həyat yoldaşım Darçınova Mahru Darçın qızını doğuş üçün Zaqatala  Rayon Mərkəzi Xəstəxanasına gətirdik də, ilk dəqiqədən bizdən pul tələb etdilər, imkansız olduğumu bildirdikdə hamilə yoldaşımı xəstəxananın doğum şöbəsinə buraxmadılar. Buna görə hamilə yoldaşım çöldə soyuq havada gözlədi. Mən qaynanamla gedib borc pul tapıb gətirib həkimlərə verdik. 

Qan analizi adı ilə 25, ulturasəs müayinə adı ilə 15, qeydiyyat adı ilə 10, tibbi ləvazimat adı ilə 20 və həkimlərin zəhmət haqqı üçün 70 manat pul aldılar. Sonra səriştəsiz həkimlər gəlib dedilər ki, uşaq tərs doğulacaq, buna görə seçim edin, ya ana, ya da uşaq öləcək. Səriştəsiz və vəhşi həkimlər uşağı qol gücü ilə dartıb boğduqları üçün uşaq yarı ölü doğuldu. Uşağı oksigen balonu altına qoydular. Ancaq pulum qurtardığı üçün bir oksigen şüşəsinə iki yeni doğulmuş uşaq qoymuşdular. Hansı ki, bir oksigen şüşəsinə bir uşaq qoyulmalıdır.

Uşağın vəziyyəti tam pisləşdi deyə səriştəsiz həkimlər bizə məsləhət bildilər ki, təcili aparın Şəki şəhər xəstəxanasına. Pulumuz olmadı, deyə, uşağı Zaqataladan  Şəki Xəstəxanasına oksigen şüşəsiz apardıq. Orada vicdanlı və savadlı həkimlər irad tutdular ki, belə uşağı nə üçün oksigen şüşəsiz gətirmisiniz, bu doğuş düzgün aparılmayıb, gecdir və bu uşaq yaşamayacaq. Elə də oldu. Uşaq Leyla həkimin yaratdığı korrupsiyaya qurşanmış səriştəsiz həkimlərin tamahının və səriştəsizliyinin qurbanı oldu. Bundan sonra baş həkim  Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləsəydin, uşaq sağ qalardı. 

Bəli mənim uşağım korrupsioner həkimlərin qurbanı oldu, onlar bu minvalla çoxlu sayda uşaqları öldürüblər. Zaqatala RMX-da korrupsiya, özbaşınalıq baş alıb gedir ki, hamısını Leyla həkim yaradıb. Leyla həkim bütün şöbələrə aylıq haqq qoyub ki, bunu verməyən həkimlər cəzalandırılır. Xəstəxanada stasionar müalicə olunan xəstələrə yemək verilmir, pulsuz dərmanlar özəl apteklərdə pulla satılır. İstilik sistemi üçün illik ayrılan 50 ton yanacaq satılır. Hamilə qadınları qorxudub aldadırlar ki, qeysəriyyə əməliyyatı olmasan ölə bilərsən. Nə var ki, keysəriyyə əməliyyatına görə xəstələrdən  800-1000 manat alınır. 

Bu minvalla təkcə 2015-cü ildə Zaqatala RMX-da 600 nəfər keysəriyyə əməliyatı ilə uşaq dünyaya gətirib. Bu yaxınlarda Zaqatala rayonu Katex kənd sakini 2 aylıq körpə İnci Yaqubova həkim səriştəsizliyinə görə cərrahiyə zamanı öldü. Tala kənd sakininin  03 fevral 2016-cı il tarixdə keysəriyyə əməliyatı zamanı uşağı öldü. Ötən il Makov kənd sakininə ağır xəstəlik diaqnozu qoyub 3 aylıq uşağını bətnində məhv etdilər. Həmin qadını Bakıda savadlı həkimlər müayinə edib bildiriblər ki, adi mədə soyqlamasıdır. Hazırda Zaqatala RMX-da kor bağırsağından səhv cərrahiyə əməliyatı edilən Çökək kənd sakini Ömərov Zaur Aydın oğlunun səhhəti çox pisdir ki, infeksiya salındığı üçün sağalmır.  

Zaqatala RMX-da qan analizi 25 manat, USM 15 manat, rengen müayinə 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 25 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır.Xəstəxananın qapısından axırıncı otağına qədər bütün işçilər bazar açıblar ki, bütün bunlar Leyla xanımın tapşırığının nəticəsidir. Xəstəxanada 3 laboratoriyanın eyni xəstə üçün verdiyi analiz fərqlidir. Leyla xanım isə ilin çox hissəsini xarici ölkələrdə kef-damaqda keçirib şəkillər çəkdirib fecbook səhifəsində paylaşmaqla məşğuldur. Həmin şəkillərin bir neçəsini sizə göndərirəm.

Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyeva 2013-cü il tarixdə bu vəzifəyə təyin edilib. Bakı şəhərindən Zaqatalaya baş həkim vəzifəsinə təyin edildiyi 2013-cü il tarixdən az müddət keçməmiş özü üçün 80.000 manata mənzil aldı və təmirini xəstəxananın işçilərinə etdirdi. Sürdüyü bahalı maşınların qiyməti 50.000 manatdan çoxdur. Bu korrupsionerin yaratdığı özbaşınalıqdan bütün Zaqatala rayon sakinləri əziyyət çəkirlər. Onun qanunsuz əməlləri barədə Səhiyyə Nazirliyinə edilən çoxlu sayda şikayətlərə baxılmaması onu deməyə əsas verir ki, bu korrupsioner həkimi orada himayə edirlər. 

Camaatın ümidi Allaha, Prezidentə və Mehriban xanıma qalıb. Çox-çox xahiş edirəm, bu yaramaz həkim barəsində ciddi tədbir görəsiniz».

Məsələ ilə bağlı PİAZ-ın əməkdaşı Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyeva ilə əlaqə saxlayıb. Baş həkim əməkdaşımıza bildirib ki, bu məsələ Zaqatala Rayon Prokurorluğunda araşdırılır. İddiaların nə qədər doğru olub-olmaması ilə bağlı Leyla Seyidəliyeva bildirib ki, şikayət həqiqəti əks etdirmir.

Redaksiyadan: Qeyd edək ki, bu kimi hallar Azərbaycan səhiyyəsində çoxdan adi hal alıb. Və çox təəssüfverici haldır ki, Səhiyyə Nazirliyi bu neqativ halların, xüsusi ilə doğum evlərində rüşvət tələbi ilə ana və körpələrin tələf olunmasının qarşısının alınması üçün faktiki olaraq, heç bir addım atmır. Hər halda bütün doğum evlərində bu şikayət məktubunda qeyd olunan neqativ halların hökm sürməsi ölkədə heç kimə sirr deyil və bunu elə Səhiyyə Nazirliyndə də yaxşı bilirlər. 

Nəzərə alınmalıdır ki, manatın devalvasiyasından sonra insanların gəlirlərinin azalması bu kimi halların daha geniş yayılmasına vüsət verə bilər. Belə halların günü-gündən artması və məhz həkimlərin rüşvət tələbi nəticəsində imkansız ailələrin yeni doğulan körpələrinin və xəstələrinin ölməsi artıq sosial həyacan siqnalı verilməsi üçün əsas verir. Bu həyacan siqnalını Səhiyyə Nazirliyində eşitmirlərsə, onda bu kimi halların qarşısının alınması və vətəndaşlara normal və qanunauyğun şəkildə xidmət göstərilməsi üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi öz sözünü deməli və həkimlərin cəzasızlıq mühitində törətdikləri bu kimi halların qarşısı alınmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar