Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sələmçi deputat 328 min dollardan imtina etdi


Məhkəmə çəkişməsi barışıqla yekunlaşdı


Son vaxtlar bir sıra KIV-də deputat Rüfət Quliyevin adı hallanan məhkəmə çəkişməsi tərəflərin barışıq sazişi ilə sona çatıb. “AzPolitika”nın məlumatına görə, bu barədə prosesdə R.Quliyevi təmsil edən vəkil Kamandar Nəsibov bildirib.

Vəkil məlumat verib ki, məhkəmə çəkişməsinin başlanmasının səbəbi ondan ibarət idi ki, Toğrul Rüfət oğlu Rüstəmzadə (R.Quliyevin oğlu-red) 2011-ci ildə atasının dostu Namiq Rahib oğlu Səfərovla birgə biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə çoxsaylı elektron yazışmaları və telefon danışıqları aparıb, Bakıda və xaricdə görüşüblər. Toğrul Rüstəmzadə özü daim xaricdə yaşayıb işlədiyindən pul vəsaitlərini atası vasitəsilə Namiq Səfərova verib.

Amma aradan uzun müddət keçdiyinə baxmayaraq Namiq Səfərov biznes fəaliyyətini qura bilməyib, aldığı pulları T.Rüstəmzadəyə geri qaytarmayıb və 2015-ci ilin mart ayında vəfat edib.

Mərhumun varisi olan həyat yoldaşı Səfərova Nurana Mirzəli qızı ilə ilkin danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət olunmuşdu. Məhkəmə baxışı ərəfəsində mərhum Namiq Səfərovun həyat yoldaşı Nurana Səfərova mərhum ərinin Toğrul Rüstəmzadə ilə çoxsaylı elektron yazışmaları ilə yaxından tanış olandan sonra ərinin həqiqətən də Toğrul Rüstəmzadəyə böyük məbləğdə pul borcu olduğunu etiraf edib və bu məbləğdən cəmi 80 (səksən) min ABŞ dollarını ödəmək imkanında olduğunu bildirib. Mərhum N.Səfərovun ailəsinin düşdüyü ağır maddi durumu və milli mentaliteti nəzərə alan T.Rüstəmzadə humanistlik göstərərək bu məbləğlə razılaşıb. Bununla tərəflər arasında barışıq tam şəkildə bərpa olunub və məhkəmə çəkişməsi bitib. Tərəflərin barışıq sazişini nəzərə alan məhkəmə mülki iş üzrə icraata xitam verib.

Xatırladaq ki, KİV-lərdə bu məlumat bir qədər fərqli şəkildə təqdim olunmuşdu. N.Səfərovun ailə üzvləri bildirmişdilər ki, Rüfət Quliyev vaxtilə dostluq etdiyi, 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. Deputat iddia ərizəsində göstərib ki, 2011-ci ildə Namiq Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, Namiq Səfərova ümumilikdə 81 min 850 dollar pul verib. 2014-cü ildə o, verdiyi pulu və faizləri tələb edib.

Ərizədə yazdığına görə, sonuncu dəfə aralarında 2015-ci ilin fevralında bu mövzuda söhbət olub. Namiq Səfərov xahiş edib ki, fevraldan faizlər dayandırılsın, yaxın 3-4 ay ərzində həm əsas borcu, həm də yığılıb qalmış faizləri ödəyəcək. Amma həmin ərəfədə N. Səfərov dünyasını dəyişib.

2015-ci ilin aprelində deputat Namiq Səfərovun evinə gedib və həyat yoldaşı Nuranə Səfərovadan pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və pulu ödəmək istəməyib. Deputat da 2015-ci ilin noyabrında məhkəməyə müraciət edib. Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

Nuranə Səfərova Milli Məclisin sədri Oqtay Əsədova şikayətində yazırdı: “Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən, mənim də kimsəsizliyimdən sui-istifadə edərək, 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Özünün deputat statusuna da məhəl qoymayaraq, hərəkətinə hüquqi “əsas” yaratmaq üçün primitiv formada öhdəlik müqaviləsi hazırlatdırıb məhkəməyə təqdim edib. Mənim həyat yoldaşımın maddi durumu elə idi ki, Rüfət Quliyevdən faizlə pul almasına ehtiyac yox idi. İkincisi belə bir hal olsaydı, mütləq mən bunu bilərdim. Ən əsası, deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi? İnanın ki, başıma gətirilənlər nəticəsində son əlac kimi, intihar həddindəyəm”.

Belə görünür ki, R.Quliyev N.Səfərova verdiyi pulun faizlərindən (328 min dollar) imtina etdiyindən tərəflər arasında barışıq əldə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar