Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümov iclas keçirdi



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyət dairəsi üzrə xarici ölkələrin aidiyyəti dövlət qurumları və mötəbər beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalayıb


Qafqazinfo” xəbər verir ki, bu barədə noyabrın 28-də nazirlikdə beynəlxalq tədbirlərdə iştirak və təcrübə mübadiləsi sahəsində görülən cari işlərə dair növbəti “Məlumat mübadiləsi saatı”nın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir BMT, Avropa İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və digər beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə uğurla davam etdirilən əməkdaşlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb.

S.Müslümov beynəlxalq əməkdaşlıq əlaqələrinin davamı olaraq, bu ay ərzində də nazirliyin əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Nazirliyin nümayəndələri Türkiyəyə səfər edərək, qardaş ölkənin sosial xidmətlər sahəsində təcrübəsi ilə yaxından tanış olub, fəal təcrübə mübadiləsi aparıblar. Eyni zamanda UNİCEF-in Belarusun Minsk şəhərində keçirilən regional konfransında milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı aparılan müzakirələrdə nümayəndə heyətimiz fəal iştirak edib. Həmin konfransda Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar barədə dolğun məlumatlar verilib və ölkəmizin bu sahədə nailiyyətləri müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib.

S.Müslümov nazirliyin nümayəndələrinin həmçinin sosial müdafiənin təmin olunmasında iqtisadi və sosial şuraların, sosial dialoqun rolu mövzusunda Seulda, ixtisas seçiminin inkişafı məsələləri ilə əlaqədar Moskvada keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də ölkəmizi təmsil etdiklərini bildirib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, nazirliyin Aparatının Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov, Sosial təminat siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov cari ilin noyabr ayı ərzində Türkiyə, Belarus, Cənubi Koreya və Rusiyaya səfərlərinin nəticələri, həyata keçirilən təcrübə və məlumat mübadilələri, iştirak etdikləri beynəlxalq tədbirlər, həmin tədbirlərdə aparılan müzakirələr və s. barədə ətraflı məlumatlar veriblər.

İclas təqdim edilən məlumatlar üzrə müzakirələrlə davam edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar