Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Vurğunu heyrətləndirən kənd qadını

Süleyman Qaradağlının “Dovğaya dad verən qaratikan budağı” yazısını təqdim edirik


Xalq şairi Məmməd Araz şeirlərindən birində yazırdı:
 
Yüz ocaqa od veribdir, o qara təndir
Çəpərlərdə bitən gördüm qaratikanı.
 
Qaratikan həmişə xalq arasında və bədii ədəbiyyatda əsasən mənfi mənada, ayrılıq və hicran rəmzi kimi işlədilib. Lakin təsərrüfat və məişətdə ondan heç də az istifadə etmirlər. Bağ-bağçalara, həyətyanı təsərrüfatlara qaratikan kolundan çəpər çəkirlər. Təndir qalayanda qurumuş odunu yaxşı alışıq hesab edilir. Arılar qaratikan çiçəklərindən bal çəkir. Onun  sarıya çalan çiçəklərinin ortasında olan qara toxumlar quşların sevdiyi yemlərdən biridir. Deyilənə görə, müharibə illərində, aclıq-qıtlıq vaxtı camaatın da onun toxumları ilə qidalandığı vaxtlar olub.
 
Qaratikanın müalicəvi əhəmiyyəti də var. Dəri infeksiyası zamanı qaratikanın təzə budaqlarını ocağa tutaraq yandırır və ondan ayrılan yağı zədəli nayihə üzərinə sürtürlər.
 
Qaratikanın kulinariya əhəmiyyəti barədə maraqlı bir əhvalat da var...
 
Vaxtilə xalq şairi Səməd Vurğun Füzuli rayonunda oxucularla görüşdən sonra evə dəvət olunur. Şairin adına layiq süfrə açılır. O, yeməyə başlamazdan əvvəl dovğa kasasını qarşısına çəkərək bir-iki qaşıq yeyəndən sonra ev sahibindən soruşur:
 
- Əzəldən dovğa sevənəm. Bu dovğanın ləzzətindən ağzım dada gəldi. Mən bu dovğanı qırqovullu plova dəyişmərəm!
 
Sonra şair sözünə ara verib soruşdu:
 
- Bu dovğanın mayasına dağkeşnişi, quzuqulağı, ispanaq, nanə və yarpızdan başqa daha nə qatılıb ki, belə dadlıdır?
 
Dovğanı bişirib süfrəyə verən evin xanımını çağırırlar. Səməd Vurğun üzünü ona tutub soruşur:
 
- Ay bacı, bu dovğanın bu cür dadlı alınmağının sirri nədədir? Bu, mənim üçün çox maraqlıdır!
 
Dovğanı bişirən xanım deyir:
 
- Səməd qağa, burada heç bir sirr yoxdur. Mən də bütün qadınların istifadə etdiyi dovğa göylərindən istifadə etmişəm. Amma onlardan fərqli olaraq mən dovğanı təzə kəsilmiş qaratikan şaxıyla bulayıram. Əlbəttə ki, onun yarpaqlarını, tikanlarını gur suyun altında yaxşı-yaxşı yuyandan sonra bunu edirəm. O, dovğaya xüsusi dad verir.
 
Səməd Vurğun deyir:
 
- Afərin sənə, ay bacı! Bu, Azərbaycan kulinariyasında yenilikdir. Bundan sonra könlüm dovğa istəyəndə sizə gələcəyəm…(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar