Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sən Sevginin tam özüsən


Türkan TURAN yazır


Əgər qadınlar sənin mövcudluğunu bilsələr onlara aid olan kişini əsla qısqanmazlar.

əgər sən olmadiğin təqdirdə hər kəs gözümdə sıfırlanırsa,
sən Osan.
Sən bütün xəyanətlərin üstündən xəttim, bütün baxışlara korluğumsan
Sən ən gözəl səslərə belə kar olduğumsan
Həyatımın özü, sən bütün kişiləri qadın qiyafəsində göstərənimsən
Saatım sən, dəqiqəm sən, saniyəm sənsən..
Dinim sən, imanim sən , Allahim sən
Orucum sən, namazım sən, bütün ibadətim sənsən..
Hər kəs danışır. Ancaq bütün kəlimələrdən sən tökülürsən..
Mənə bir mahnını min dəfə dinlədən adam
Ən gözəl musiqilərin belə hər notundan sən varsan.
Səni xəyal ürünü bilirlər, qoy bilsinlər
amma sənin mövcudluğunu bilsələr sevginin varliğini fərq edərlər
İnsanları sevgisizlik məhv edir, əzizim
Onlara səndən bəhs etmək, fikirlərinin doğru olmadiğini göstərmək istəyirəm.
Üzlərinə hayqıraraq sevginin özəyi məndədir demək istəyirəm.
Səni misralara düzməklə anlatmaq istəyirəm.
Olqunluğum, böyüklüyüm, dürüstlüyüm
Paklığım, təmizliyim...
Sən insanlara səmimiyyətimsən.
Özümsən..
Diş ağrısı kimi, ürək sancısı kimi doğub içimə
Sevgin döl olub, bətnimə dolub,
Bətnimdə körpəm kimi böyüdürəm sevgimi və səni
Şəhərim, şəhərimin insanlarısan.
Sənsiz bu şəhər bomboz və boşdur
İnsanların ürəyindəki sevgisizlik kimi, boş
Səhərə dönən gecəm, gündüzümə zülmət çökür sənsizlikdən..
Hepatit C, B, A kimi, virus olub qanıma dol,
Virusum ol razıyam, yetər ki, içimdə ol
Qar ol, boran ol, tozu dumana qat gözümə dol
Bilim ki, mənimləsə,
Gözlərimi yaşartsan da, asqırtsan da, öskürtsən də...
Məmləkətim, Vətənim, torpağım,
Bütün sərhədləri yox edənim,
Çarəsiz xəstəliyim ol, səni vücudumda daşıyım...
Ağrı, sancı versəndə,
Dodağımı cadar-cadar, bədənimi yara-xora etsən də
Səni nə öz istəyimlə, nə də heç bir məsləhətlə kəsib götürməyəcəm
Biləcəm ki, mənimləsən.
Biləcəm ki, içimdəsən..

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar