Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sənin adın nədir? - Satqınlıq, xəyanətkarlıq, fərarilik...


Satqınlıq, xəyanətkarlıq, fərarilik AXCP sədrinin boyuna biçilmiş həyat yoludur


İnsan dünyaya gələndə valideynlərindən, qohum-əqrəbadan, ailənin yaxın dost-tanışından kiminsə istəyi ilə ona ad verilir. Sonra bu ad doğum şəhadətnaməsinin yazılır və rəsmiləşdirilir. Təbii olaraq, hər kəs uşağı həmin adla çağırır, əzizləyir. Amma insan yaşa dolduqca, həyatda bərkə-boşa düşdükcə daşıdığı rəsmi adla yanaşı, qeyri-rəsmi bir ad-san da qazanır. Bu ikinci adı ona qazandıran əməlləri, xarakteri, davranışı olur. 

Hər kəs real həyatda yaxşı ad-san qazanmaq, hörmətlə anılmaq istəsə də çoxları buna müvəffəq olmur. Hətta elə adamlar olur ki, vəzifədə olub-olmamasına, ali təhsil almasına, imkanlarının genişliyinə baxmayaraq, xalqın gözündə ucala bilmir, elin dilində səslənən bəd bir ayama ömrünün sonuna kimi üstündə qalır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də belə şəxslərdən biridir. Özünü Azərbaycan cəmiyyətinə siyasətçi kimi sırımaq, qorxmaz lider kimi tanıtmaq istəyən bu adamın adı gələndə gözlər önündə və təsəvvürlərdə qorxaq, satqın, xəyanətkar, fərari obraz canlanır. Çünki Əli Kərimlinin qazandığı bu ikinci "adlar" hər zaman onun davranışında, xarakterində özünü büruzə verib. Belə demək mümkünsə, qorxaqlıq, satqınlıq, xəyanətkarlıq, fərarilik Əli Kərimlinin boyuna biçilmiş həyat yoludur.

Deyilənlərin həqiqətə uyğunluğunu təsdiqləmək üçün heç də uzaq tarixlərə, hətta Ə.Kərimlinin doğulub boya-başa çatdığı vaxtlara xəyali ekskurs eləməyə ehtiyac yoxdur. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş verən hadisələr, bu adamın həmin hadisələrdə iştirakı və hərəkətləri onun əsl mahiyyətini ortaya qoyur. Misal üçün, 1990-cı ilin 19-20 yanvar hadisəsi zamanı bəziləri kimi Ə.Kərimli də "Şmidt" zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü olub. Onun və dostlarının vəzifəsi 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasının qarşısını almaq, şəhərin giriş-çıxışında qurulan barrikadalara nəzarət etmək olub. Lakin hadisədən bir gün əvvəl Ə.Kərimli qəfil yox olub və yalnız yanvarın 21-də üzə çıxıb. Öz yoldaşlarını meydanda tək qoyub qaçması bir yana, o, həmin dövrdə Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsini şəxsi kanalları vasitəsilə Moskvaya ötürməyə, "Krasnaya Zvezda" qəzetində çap etdirməyə də macal tapıb. Məhz onun bu xəyanəti sayəsində "Krasnaya Zvezda" qəzeti Bakıda orduya müqavimət olduğunu, Müdafiə Komitəsi yaradıldığını, Ə.Kərimlinin də onun üzvlərindən biri olduğunu əsas kimi ortaya qoya bilib. 

Başqa bir fakta da diqqət yetirək: 1991-ci ilin aprelində - Azərbaycanın hələ sovet əsarəti altında olduğu bir vaxtda BDU-nun AXC təşkilatının İdarə Heyəti qərara alıb ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-i qeyd edilsin. Ayaz Mütəllibov hakimiyyəti dövründə baş verən bu hadisə zamanı universitet rəhbərliyi təbii olaraq buna etiraz edib. Maraqlı burasıdır ki, o zaman Əli Kərimli də həm aprelin 27-nin işğal günü kimi qeyd edilməsinə, həm də bu məqsədlə keçiriləcək aksiyaya qəti etiraz edib, polis zorakılığı ilə qarşısı alınan aksiyaya qatılmayıb. Ardınca da Ə.Kərimli AXC sıralarından çıxmaq haqda ərizə yazıb. Amma sovet ideologiyasına xidmət edən universitet rəhbərliyinin təkidi ilə sonradan bu fikrindən daşınıb. O vaxt hüquq fakültəsinin müəllimi İbrahim Vəliyev bu hərəkətinə görə onu qınayıb və atdığı addımın fərarilik olduğunu bildirib. 

Ə.Kərimlinin ömür səhifəsində bu cür "rəngarənglik" kifayət qədərdir. 1993-cü ilin məşhur iyun qiyamından sonra Ə.Kərimlinin səssiz-səmirsiz "qeybə" çəkilməsini, 1994-cü ilin məlum payız günlərində heç nə olmamış kimi siyasi arenaya dönməsini, 1995-ci ildə cəbhə yoldaşlarına etdiyi xəyanətləri, iqtidarla separat danışıqlara getməsini, sonralar hətta öz liderinə qarşı çirkin kampaniyalar aparmasını, parlamentdə təmsil olunmaq müqabilində AXCP-ni parçalamasını və sair hadisələri sadalamaq olar. Təsadüfi deyil ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov da onu hər zaman fərari adlandırıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, Ə.Kərimlini satqınlığına görə pioner Pavlik Morozovla müqayisə etmək olar. Onun sözlərinə görə, peşəkar donosçu olan Ə.Kərimlinin bu "ixtisasa" hələ komsomol olduğu dönəmlərdən, bəlkə də prototipi P.Morozov kimi pioner qalstuku daşıdığı vaxtlardan yiyələndiyi şübhə doğurmur: "Satqınlıq Əli Kərimlinin obrazının mahiyyətini təşkil edir, yerdə qalan isə donos qəbuledicilərinin müxtəlif dönəmlərdə bu obraza əlavə etdikləri cizgilərdən başqa bir şey deyil. Əli Kərimli hələ komsomol vaxtından satqınlıqla məşğul olduğu barədə çoxsaylı faktlar var. Onun satqınlığı haqqında bu şəxsi tanıyan hər kəs məlumatlıdır. Bu yaxınlarda BAXCP sədri Qüdrət Həsənquliyev də müsahibələrindən birində Əli Kərimlinin tələbə vaxtı universitetin o vaxtkı rəhbərliyinin qulluğunda dayanması, hərəkat və tələbə yoldaşlarını dəfələrlə çətin vəziyyətə salmasından ətraflı bəhs edib. Neçə dəfə olub ki, Kərimli o vaxtlar AXC-nin Universitet təşkilatının sovet rejimi əleyhinə hazırladığı aksiyanın pozulmasına gətirib çıxaran hərəkətlərə yol verib. Aydın məsələdir ki, Kərimli bu pozuculuq işlərini özbaşına yox, Universitet rəhbərliyinin təlimatı əsasında həyata keçirirdi. Hətta planları baş tutmayanda AXC-ni tərk etməklə bağlı ərizə yazsa da, sonra aldığı göstəriş əsasında yenidən təşkilata qayıdıb. Qüdrət bəy bu barədə ətraflı danışıb. Amma o vaxtkı hadisələrin əksər iştirakçıları və şahidləri Kərimlinin belə bir satqın, donosçu xislətə malik olduğunu təsdiqləyər".(Kaspi.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar