Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu AXCP sədrini “oğru” adlandırdı


Qarşı tərəfin “satqın” cavabı Demokrat Partiyasından başqalarını da hərəkətə gətirdi


ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, Ümid Partiyasının, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Siyasi Məhbusları Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına kəskin münasibət bildirib. 

ADP sədri deyib ki, burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul:

"Gəlmir özü bilər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr dünya dağılmayacaq, ya da gəlsələr dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları, hakimiyyətə işləmələri bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur”. 

S.Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: 

“Bizi intriqant kimi təqdim edənlər götürsünlər son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlıq edib, Milli Şurada da eynilə. Biz Azadlıq Blokunda da bir yerə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər br qurumda intriqanı elə özləri salıb?! Bunlar belədirlər da. Harada özləri varsa ora ”həqiqi müxalifətdir". Harada yoxdurlarsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər “hakimiyyətə işləyən müxalifətə” çevrilir.

Ancaq unudurlar ki, həbs olunanların arxasında siyasi kapital toplamağa cəhdlər etmək əxlaqsızlıqdır! Özlərinə siyasi divident qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxlaqsızlıqdır! Bu bilirsiniz həm də nəyə oxşayır? Elə bil ki, gedirsən yasa və yas qalır bir kənarda başlayırsan qeybət etməyə, qarın davası döyməyə. Bunlarınkı bax, budur!"

S.Cəlaloğlunun bu açıqlamaları qarşı tərəfdən ona qarşı “hakimiyyətə işləyən şəxs” kimi ittihamların yağdırılmasına səbəb olub.

Buna isə ADP sədrinin müavini Taliyət Əliyev kəskin reaksiya verib. Taliyət Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, S.Cəlaloğlunu hakimiyyətə işləməkdə ittiham edənlərin özləri zaman-zaman hakimiyyətlə işbirliyində olublar, müxalifətə böyük zərbələr vurublar: “İndi bu adamlar utanmadan başlayıblar vaxtıilə yol verdikləri əməlləri Sərdar Cəlaloğluna və digər insanlara ünvanlamağa. Mən təəssüf edirəm ki, professor Cəmil Həsənli ”Azadlıq" radiosunda bir sıra ifadələr işlətməklə həmin qaragüruhçuların mövqeyini müdafiə edən mövqe sərgiləmiş oldu. Mən bunu Cəmil bəyə yaraşdırmıram. Onun kimlərinsə intriqalarında iştirak etməsi qətiyyən ona yaraşmır. AXCP rəhbərliyindən isə istənilən absurd davranışı, istənilən böhtanı gözləmək olar. Onlar yuxarıda dediyim kimi, dəfələrlə özləri hakimiyyətin proyektlərində iştirakçı olublar. Müxalifətə onlardan böyük zərbəni heç kim vurmayıb. Sərdar Cəlaloğlu deyir ki, gəlin heç kimi siyasi məhbusların müdafiəsinə qoşulmaqdan kənarlaşdırmayaq, kim istəyir müdafiə işinə qoşulsun. Cəbhəçilər isə deyir ki, bizdən başqa müxalifət yoxdur, prosesdə ancaq biz və bizi dəstəkləyənlər iştirak etməlidir".

T.Əliyev bəyan etdi ki, siyasi məhbusların taleyi qalıb ortada, AXCP rəhbərliyi başlayıblar çirkin oyunlara. Müqayisə etdikdə görünür ki, siyasi məhbusların geniş miqyaslı müdafiəsinin təşkilində əslində Sərdar bəy maraqlıdır. AXCP rəhbərliyi isə cılız ambisiyaları, intriqaları ilə bu işin kiçik bir müstəvi ilə məhdudlaşmasına təkan verir: 

“Deməli, hakimiyyətə əslində onlar xidmət etmiş olurlar. Məhz onlar müxalifət daxilində intriqa yaratmaqla bölücülük aparırlar və ictimai diqqəti siyasi məhbus problemindən uzaqlaşdırırlar. Onların bu hərəkəti hakimiyyətə xidmətdir. Bu, düşünülmüş hərəkətdir. Bu adamlar dəfələrlə hakimiyyətlə alış-verişdə olublar. Yaxşı deyil indi açıb hər şeyi ortaya qoyaq. Bir neçə ildir əvvəlki bazarlaşmalar özlərinin acgözlüyü ucbatından baş tutmayıb. Bundan sonra başlayıblar hakimiyyətlə şəxsi intriqa aparmağa, adını qoyublar real müxalifət. İndi olublar ölkənin yeganə ”real müxalifət"i. Onların müxalifətçiliyinin mahiyyətində bu dayanır. Özləri vaxtıilə o qədər hakimiyyətlə işbirliyində olublar ki, indi hər şeyi öz arşınları ilə ölçürlər, elə bilirlər ki, hər kəs hakimiyyətlə iş birliyindədir. Nə vaxt müxalifət daxilində yaxınlaşma müşahidə olunur bunlar ortaya bir intriqa atırlar. Çünki bu işdə böyük təcrübələri var. İntriqabazın böyüyü, bütün intriqaların başında dayanan onlardır".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar