Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğludan “Vasif Talıbov” modelinə münasibət


ADP sədri: “Siyavuş Novruzov, sən kimsən toyu, ehsanı qadağan edirsən?”


YAP-çı deputat Siyavuş Novruzov yas məclislərində ehsan qaydalarına edilən tövsiyələrlə bağlı maraqlı bir çıxış edib. Deputat deyib ki, bu, əslində Naxçıvan modelidir: “Bu modeldə bir dənə də olsun rəsmi qanunla heç nə qadağan olunmayıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır. Üç-dörd il əvvəl Vasif müəllim bunu özündən tətbiq edib. Bundan sonra demək olar ki, Naxçıvanın bütün kəndlərində bu könüllü olaraq tətbiq edildi. Bu həm də Vasif Talıbov modeli idi”.

S.Novruzov qeyd edib ki, V.Talıbov modelini indi bütün Azərbaycanda tətbiq etmək istəyirlər. Söhbət yas mərasimlərində ehsan süfrəsinə yalnız çay, qənd, xurma və limon qoyulmasından gedir. 

İsrafçılığa qarşı bu tövsiyələr isə cəmiyyətdə ikitirəlik yaradıb. 

O cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fikir ayrı-seçkiliyi müşahidə olunur. Ancaq sadə vətəndaşlar “Talıbov modeli”nin tətbiqini təqdir edirlər. Bəs siyasətçilər Naxçıvan rəhbərinin bu addımına respublika üzrə şamil olunmasına nə deyirlər?

Naxçıvandan olan siyasətçi, ADP sədri Sərdar Cəlaloğlu “Talıbov modeli”nə üsyan etdi. ADP lideri adət-ənənələrə inzibati yollarla müdaxiləni yolverilməz adlandırdı. S.Cəlaloğlu qəzetimizə açıqlamasında qeyd etdi ki, kimsə xalqın adətləri ilə bağlı qərar verə bilməz: “Makiavelli yazıb ki, bir xalqı məhv etmək istəyirsənsə onun adətlərini dəyişdir. Min illiklərdir ki, bu adət-ənənələr sınaqdan keçirilib. Sovet vaxtı yas, toy adətləri qadağan edilirdi. Hətta bir raykom katibini sünnət toyunda iştirak etdiyi üçün müzakirəyə çıxarıb, işdən qovmuşdular. Azərbaycanın adət-ənənələrini müdafiə edən Şıxəli Qurbanov idi ki, onu da öldürdülər. İndi hakimiyyətin toy və yas mərasimləri ilə bağlı siyasətinə də korrupsiya və totalitar nəzarət kontekstindən baxmaq lazımdır”. 

Onun sözlərinə görə, inzibati müdaxilələr vətəndaşlara qarşı deyil, toy və yas mafiyalarına yönəlik olmalıdır: “Mən də övladıma toy etmişəm. Şadlıq evində menyu sifariş etməyə icazə verilmir. Süfrəyə gətirilən içkilərin, yeməklərin istifadəsindən asılı olmayaraq pulu məndən çıxır. Mən viski, konyak istəmədim, dedilər olmalıdır. 
Heç kəs də o konyakı içmədi, xərci mənim cibimdən çıxdı. Elə toy var bəy və gəlini girov saxlayıb, pul tələb edirlər. Toylarda standart menyu niyə olmalıdır? Mən İngiltərədə, Norveçdə toyda olmuşam, almanların toyunu görmüşəm. 

Onlar da yeyib-içirlər. Bunu qadağan etmək olmaz. Sadəcə, qonağın sifarişi əsasında süfrəyə yemək gətirilir. Hakimiyyət bunu qadağan etməlidir. Yoxsa sən kimsən ki, ehsanı qadağan edirsən? Peyğəmbərin hədislərində də ehsanla bağlı göstəricilər var. Yoxsa Siyavuş Novruzov, sən kimsən toyu, ehsanı qadağan edirsən?"

S.Cəlaloğlu qeyd etdi ki, bu məsələdə söhbət xalqın adət-ənənələrinin məhdudlaşdırılması, total nəzarətə götürülməsindən gedir: “Sabah deyəcəklər ki, ilk gecəni də nəzarətə alacağıq. Rusiyada təhkimçilik dövründə belə olub. Özləri dəbdəbəli doğum günləri təşkil edirlər, Ledi Qaqanı, nə bilim milyonlarla qiyməti olan müğənniləri gətirirlər. Ancaq kimsə toyunda camış kəsdirib vermək istəyir, qoymursan. 
Əgər israfçılığa qarşı mübarizə tədbirləridirsə, onda restoran müdirinə, yası təşkil edən çadır mafiyasına  desin ki, standart menyu olmamalıdır. Vətəndaşın nə günahı var? Kim axmaqdır ki, yemədiyi çörəyin pulunu xərcləsin? Bütün bunlar oyunbazlıqdı, xalqımızın adət-ənənələrini məhv etmək istəyidir.  

Elə yas var, ölü yiyəsinin heç qənd qoymağa gücü çatmır. Onu kimsə məcbur etmir ki? Kimin nəyə gücü çatır onu verir". 

ADP sədri deyir ki, yas mərasimlərini təşkil edən mafiya öz qiymətini vətəndaşa diktə edir: "“Təzəpir”də ehsan verəndə, deyirlər ki, menyu budur. Ona qarşı inzibati yolla mübarizə apar, restoranlara göstəriş ver, vətəndaşın sifarişi əsasında menyu olsun. Xalqın kimliyi ilə oynamaq olmaz. Dini ayinlər dinlə tənzimlənir, Siyavuş Novruzovla yox. Deyəcəklər ki, xına da qoymasınlar. Ondan danışsınlar ki, vətəndaş yazıq toy etməyə pul tapmır. Müsəlmançılığa görə ehsan vacibdir. Burda körpü salmaq, bulaq tikmək, fatihə oxumaq da ehsandır. Mütləq ehsan verilməlidir. Sadəcə, imkanlara, dövr və şəraitə uyğun ehsan verilir. Heç kəsi ehsan verməyə məcbur etmirlər".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar