Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərfar Cəlaloğlunun saxladığı sirr


“Liderlər özləri də bilmədən dialoqun baş tutmamasında maraqlı olan qüvvələrin istəklərinin həyata keçməsinə səbəb olurlar”


Sərdar Cəlaloğlu saxladığı sirri “Yeni Müsavat”a açdı

“9 oktyabr prezident seçkilərindən sonra prezidentliyə namizəd və müxalifət partiyasının sədri kimi dövlət başçısı İlham Əliyevə rəsmən məktub göndərdim. Bunu ilk dəfədir sizə açıqlayıram”. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətlə dialoq məsələsi barədə “Yeni Müsavat”a açıqlamasında məlumat verib. 
Rəsmi dialoq təklifinin əks olunduğu məktubu İlham Əliyevin baş redaktorlarla görüşündən öncə göndərdiyini deyən S.Cəlaloğlu belə düşünür ki, prezidentin baş redaktorlarla görüşündə müxalifətə ünvanlanan dialoqa çağırış mesajları onun məktubuna cavabdır: “Çünki faktiki olaraq mən həmin görüşdən bir həftə əvvəl İlham Əliyevə rəsmi müraciət göndərmişdim. Prezidentliyə namizəd kimi təkliflərimi müzakirə eləmək, demokratiyaya tədrici keçidlə bağlı öz fikir və baxışlarımı bölüşmək üçün müraciət etmişdim. Birinci dəfə ”Yeni Müsavat"a deyirəm ki, mən belə bir müraciət göndərmişəm və ictimaiyyətə, mediaya heç bir açıqlama verməmişəm. İlham Əliyevin baş redaktorlarla görüşdə ortaya qoyduğu mövqeni də mənim göndərdiyim məktuba cavab kimi dəyərləndirirəm".

ADP sədri hakimiyyətlə müxalifətin dialoqunun baş tutmasına və bununla da Azərbaycanda demokratiyaya tədrici keçidin başlanmasına qarşı olan üçüncü qüvvələrin olduğunu dedi: “2005-ci ildə biz siyasi dialoq kursunu elan edəndən sonra İlham Əliyev Almaniyada və Qubada çıxışlarında müsbət reaksiya verərək demişdi ki, bir müxalifət partiyası bizə siyasi dialoq təklif edib və biz onlarla siyasi dialoqa hazırıq. Sonradan elə proseslər baş verdi ki, həm iqtidarda, həm də müxalifətdəki siyasi dialoqun əleyhinə olan qüvvələr kifayət qədər güclü çıxdılar və dialoq alınmadı. Bu gün də dialoqa qarşı olan həmin qüvvələr fəaliyyət göstərir. Məqsədləri Azərbaycanda iqtidar-müxalifət həmrəyliyinin yaranmaması, Azərbaycanda demokratiyaya tədrici keçidə yol verilməməsi, Azərbaycanın avroatlantik məkana inteqrasiyasının qarşısını almaqdır. Bu istiqamətdə iş aparılır. Birincisi, Azərbaycanda elə qanunlar, elə addımlar atılır ki, bunlar Avropa tərəfindən süngü ilə qarşılanır və qarşılanacaq. Məsələn, siyasi partiyaların mərkəzi ofisi olmadığı üçün siyasi partiyaların bağlanması tələbini qanuna daxil edirlər. Bu, ona oxşayır ki, vətəndaşın evi olmadığı üçün onu vətəndaşlıqdan çıxarırlar. Biz görürük ki, Azərbaycan qanunvericiliyinə kimlərsə, açıq şəkildə konstitusion hüquqları məhdudlaşdıran normalar daxil edirlər. O cür qanun layihələri, qanunlara əlavələri verən adamların hamısı Azərbaycanda demokratiyaya tədrici keçidin qarşısını almaq istəyən qüvvələrdir. Onlar elə addımlar atırlar ki, o cür addımların gerçəkləşdiyi ölkəni Avropa öz sıralarına qəbul etməz və etmir. Elə addımlar atılır ki, Avropa Birliyi özü desin ki, biz Azərbaycanı bu vəziyyətdə qəbul edə bilmərik. Bax qeyd etdiyim həmin qüvvələrin oyununun mahiyyəti bundan ibarətdir”. 

Həmsöhbətimiz vurğuladı ki, həmin qüvvələrin müxalifətdə də tərəfdarları var. Onlar Azərbaycan müxalifətinin iqtidarla hər hansı təmasa girməsini, dialoq mühitinin yaranmasını istəmirlər: “Məsələn, ən çox yayılmış fikirlərdən biri müxalifətdən kiminsə iqtidarla əlaqəsinin olmasıdır. Bunu həmin qüvvələr satqınlıq kimi təqdim edirlər. Gedin, siyasi ədəbiyyata baxın, görün müxalifətçilik haqqında siyasi nəzəriyyə necədir. Yazılır ki, siyasi mübarizənin effektliliyinin birinci şərti kommunikasiyaların olmasıdır. Yəni müxalifətdə olan qüvvənin iqtidarla bu və ya başqa şəkildə əlaqələrinin olmasıdır. Azərbaycanda isə iqtidarda olanlar bu əlaqələri agent saxlamaq kimi istifadə edir, müxalifətdə olanlar isə belə əlaqələri satqınlıq kimi təqdim edir. Nəticə etibarilə Azərbaycanda demokratiyaya keçid baş vermir”.     

S.Cəlaloğlu Rəsulzadə-Elçibəy yolu ilə getdiyini elan edən partiyaların da dialoqa yanaşmalarının heç də bu yolun tələblərinə uyğun gəlmədiyini dedi: “Müsavatla AXCP sinələrinə vururlar ki, Rəsulzadə-Elçibəy yolu ilə gedirik. 1993-cü ilin yanvarında Prezident Aparatında bir müşavirə keçirdi. Həmin müşavirədə o dövrdə müxalifətdə olan YAP-dan Əli Nağıyevlə Samur Novruzov iştirak edirdi, Ana Vətən Partiyasından Fəzail Ağamalı, ADP-dən mən, AMİP-dən Etibar Məmmədov və başqa 13 partiya iştirak edirdi. Prezident Elçibəy müşavirədə bizim hər birimizi, xüsusən YAP-ın nümayəndələrinin fikirlərini dinlədi, iradlarını qeyd etdi. YAP təmsilçiləri hansı problemlərini qaldırdısa, Elçibəy dərhal göstəriş verdi ki, YAP-ın bu təkliflərini nəzərə alın və problemləri həll edin. Eyni zamanda bizim də fikirlərimizi prezident nəzərə aldı. Bu, hakimiyyətlə müxalifətin əsil siyasi dialoqu idi, Elçibəy başlatmışdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, milli dövlətçilik üçün biz hətta müsavatçıların qanını axıdan kommunistlərlə də həmrəy olmalıyıq. AXCP ilə Müsavat Rəsulzadə-Elçibəy yolunda gedirsə, siyasi dialoqu, hakimiyyətlə əlaqəni normal hesab eləməlidir. Azərbaycanda iqtidarla müxalifətin siyasi dialoqunu ilk dəfə məhz Elçibəy reallaşdırıb. Elçibəy siyasi dialoqun nə olduğunu ortalığa qoydu. Rusiyadan dəstəklənən qüvvələr isə o vaxtdan siyasi dialoqun bir dövlət siyasətinə çevrilməsinə mane olmağa başladılar. Bu maneələr hələ də davam edir. Mən Müsavatla AXCP-yə sual edirəm ki, siz iqtidarla dialoqa iqtidarın güclənməsi kimi baxırsınızsa, niyə deyirsiniz ki, biz Rəsulzadə-Elçibəy yolu ilə gedirik? Rəsulzadənin dediyini əleyhinə hərəkətlər etmək, Elçibəyin elədiyini-dialoqa getməyi satqınlıq kimi qəbul etmək nə deməkdir?”

“Siz dialoqa imkan verməyən üçüncü qüvvə kimi Müsavatla AXCP-ni nəzərdə tutursunuz” sualına ADP sədri belə cavab verdi: “Mən belə demirəm. İqtidarda dialoq prosesini pozmaq istəyən qüvvələr həmişə elə vəziyyət yaradırlar, elə mövqelər nümayiş etdirirlər ki, İsa Qəmbərlə Əli Kərimli onlara dərhal adekvat cavab verirlər, ölkənin birinci şəxsinin üstünə düşürlər. Nəticədə dialoqun baş tutmamasında maraqlı olan qüvvələrin maraqlarının özləri də bilmədən həyata keçməsinə səbəb olurlar. Mən demirəm ki, İsa Qəmbərlər Əli Kərimli Rusiyaİran tərəfindən dəstəklənən antidialoq qüvvələri ilə əlbirdirlər. Deyirəm ki, onlar həmin siyasətin mahiyyətini dərindən bilmədikləri üçün özləri də bilmədən həmin siyasətə xidmət edirlər. Hansısa məsələlərdə iqtidarla müxalifətin ortaq nöqtələri var. Bu nöqtələr üzərində dayanmaq lazımdır. Bu nöqtələrin üzərində dayanmağı satqınlıq kimi qəbul eləmək lazımdır. O zaman üçüncü qüvvənin planlarının həyata keçməsi çətinləşəcək və planları iflasa uğrayacaq”.   
  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar