Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sergey Lavrov ölkəmiz üçün arzuolunmaz şəxs elan olunmalıdır


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi A. Qutterş ilə birgə mətbuat konfransında BMT-nin Qarabağla bağlı qətnamələrini müharibə vaxtına aid olmasını qeyd etməsi, ilk növbədə beynəlxalq qanuna hörmətsizliyidir. Həmçinin Lavrovun bu açıqlaması, Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir. Deməli, Rusiya münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi ali qurumun dörd qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olmasını beynəlxalq hüquqdan çıxarmaq istəyir.

Qeyd edim ki, Lavrov çox təhlükəli tendendiyalara toxunur, elə bil Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir. Hazırda BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə dörd qətnaməsi qüvvədədir və ölkəmiz bu qətnamələrə əsasən öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Lavrov bu açıqlaması ilə rəsmi Bakıya BMT-nin məlum qətnamələrinə istinad etməməsini mesajını verir. Çünki, ordumuzun döyüş qabiliyyətinin yüksəlməsi, Naxçıvanda steateji ərazilərin işğalçıdan geri alınması, erməni lobbisinin Rusiyada baş hamisi olan Lavrovu çox narahat edir.

Prezident İlham Əliyev avqustun 30-da Rusiyaya rəsmi səfərində Putinlə görüşündə Lavrovun Qarabağ konfiliktinin ədalətli həllinə zidd açıqlamalarını hər halda onun nəzərinə çatdıracaq. Putinlə Soçi görüşündə Lavrovla bağlı mövqe ortaya qoyulmuşdur.

Göründüyü kimi Rusiyanın Xarici işlər naziri Rusiyada ölkəmizin siyasi mövqelərinin zəifləməsinə və Qarabağ konfliktinin həllinə bir başa zərbə vuran əsas aparıcı şəxsdi. Kreml görünür, erməni lobbisinin istəyi ilə Azərbaycana siyasətini müəyyən edir. Xarici işlər nazirliyi Lavrovun moderatorluğu ilə aparıla biləcək danışıqlardan imtina etməlidir.

Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün arzuolunmaz şəxs elan olunmalıdır. Bu şəxs Rusiya Xarici işlər nazirliyini anti-Azərbaycan mərkəzi edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar