Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədi pozan 25 nəfər tutuldu



Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanılıb


Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, saxlanılanlardan 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, 4  nəfəri Azərbaycan, 3 nəfəri Türkiyə, 3 nəfəri İran, hər ölkədən 1 nəfər olmaqla Rusiya və Moldova vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 18 nəfər, Xəzər dənizində 15 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 20 kiloqram 791 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təqribən 553 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 7 ədəd 16 mm-lik patron, 3 ədəd tapança, pnevmatik tapança üçün 1000 ədəd patron və 2 ədəd qaz balonu, 1 kq barıt, 44342 ədəd pirotexniki vasitə, 1,3 kq qızıl zinət əşyaları, 6092 qutu siqaret, 2 ədəd rezin qayıq, 264 ədəd mobil telefon, müxtəlif dərman preparatları və istehlak malları saxlanılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar