Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərkisyan Ohanyanın Qarabağla bağlı təklifini rədd etdi


Ermənistan prezidenti Serj Sərkisyan ötən gün İctimai Şura üzvləri ilə görüşdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə toxunub


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına girəcəyi təqdirdə ölkənin təhlükəsizliyinin təmin olunacağını vurğulayıb.

Onun sözlərinə görə rəsmi İrəvan Avrasiya İttifaqına girərsə, Ermənistanın sərhəd zonalarının müdafiəsi problemləri, mədənçıxarma sənayesində, ekologiya sahəsindəki təhlükəsizlikdən tutmuş, ölkədəki digər çatışmazlıqlar həll oluna bilər.

Ermənistan dövlət başçısı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbi birləşmələri tərəfindən girov götürülməsndən sonra ölkənin müdafiə naziri Seyran Ohanyanın işğal edilmiş Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin silahlandırılması ilə bağlı təklifinə də toxunub. Sərkisyan bildirib ki, belə bir addım atmağa ehtiyac yoxdur: “Sərhəd bölgələrində Ermənistan silahlı qüvvələri rayon sakinlərinin təhlükəsizliyini qoruyur”.

Qeyd edək ki, iyulun 11-də Kəlbəcər rayonunda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və Cəbrayıl sakini Həsən Həsənovun erməni hərbi birləşmələri tərəfindən öldürülməsindən sonra Ermənistan tərəfi qorxuya düşüb. Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, Azərbaycandan Kəlbəcər gedən bütün yollar minalanacaq. Bununla yanaşı, bölgədə yaşayan ermənilərin silahlandırılması təklifi də gündəmdə idi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar