Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərkisyan danışıqların gizliliyini niyə pozub?


Leyla Əliyeva: “Ermənistan narahatdı ki, Rusiya Azərbaycanla gizli şəkildə anlaşıb...”


Soçi görüşünün nəticəsiz başa çatmasından sonra AzərbaycanErmənistan arasında gərginlik daha da artıb. İlk gün görüşlə bağlı yalnız formal məqamlar mediaya açıqlansa da, sonradan Ermənistan prezidentinin bəyanatları, açıqladığı detallar Soçidə daha gərgin danışıqların olduğunu ortaya qoydu. 

Bunun qarşılığında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov daha bir neçə detalı ictimailəşdirdi və Sərkisyanı danışıqların detallarının gizli saxlanılması ilə bağlı razılaşmanı pozmaqda suçladı. Bütün bunlar bir daha göstərir ki, hər şey heç də elan edildiyi kimi, rəvan deyil. AzərbaycanErmənistan hökumətlərinin bir-birinə qarşılıqlı etimadı yoxdur. Bu isə danışqılar prosesinin davamına olan ümidləri azaldır. 
Yeri gəlmişkən, bu günlərdə AzərbaycanErmənistan prezidentlərinin yenidən görüşəcəyi barədə xəbər yayılıb. Britaniyanın Müstəqil Araşdırmalar və Münaqişələrin Analizi Mərkəzinin direktoru Kristofer Lenqton xarici mediaya açıqlamasında Rusiyanın tez bir zamanda AzərbaycanErmənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşünün ikinci raundunu təşkil edəcəyini bildirib. Onun fikrincə, Moskvaya münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində çox şeyə nail olmaq vacibdir. 

ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen da prezidentlərin yeni görüşünün olacağını bildirib: “Soçi görüşü uzun zamandır gözlənilirdi və biz tezliklə prezidentlərin yenidən görüşəcəyinə ümid edirik. Əsas məsələlər üzrə fəal danışıqlara ehtiyac var. Cəbhə xəttində baş verən gərginlik münaqişənin sülh yolu ilə həllinə kömək etmir. Hər iki tərəf atəşkəsə əməl etməli və vəziyyəti gərginləşdirməkdən çəkinməlidir”. Ancaq indiki mərhələdə bu görüşlər və münaqişənin həlli istiqamətində irəliləyiş o qədər də real görünmür. 



Politoloq Leyla Əliyevaya görə, hazırkı şəraitdə münaqişənin həlli üçün lazım olan əsas şərt Rusiyanın bunda maraqlı olmasıdır. Ancaq ekspertə görə, Moskva buna hazır deyil: “Məncə, hələlik Rusiyanın münaqişəni həll eləməyə marağı yoxdur. Mən bir neçə dəfə demişəm, Rusiyanın konfliktə münasibəti iki halda dəyişə bilər: birincisi, Rusiya o qədər zəifləməlidir ki, onun artıq ambisiyaları olmayacaq və Qafqazdan əl çəkəcək. İkinci hal isə Rusiyanın daxildən dəyişməsidir. Yəni hakimiyyət dəyişir, ölkədə ciddi islahatlar gedir, Rusiya liberallaşır və artıq onun imperiya ambisiyaları da azalır. Ancaq nə birinci, nə də ikinci baş verdi. Rusiyanın yeganə marağı ondan ibarətdir  ki, Qafqaza nəzarəti saxlaya bilsin. Buna isə məhz həll prosesini uzatmaqla nail olmaq mümkündür”.  

Ermənistan prezidentinin sirləri açması və Azərbaycana qarşı hədə bəyanatları səsləndirməsi nə ilə bağlıdır” sualına cavab olaraq L.Əliyeva deyir ki, ermənilər narahatdırlar: “Əlbəttə, Ermənistanda çox narahatdırlar. Onlar narahatdırlar ki, Rusiyaya tam olaraq etibar yoxdur. Başa düşürlər Rusiya bu münaqişədən istifadə edərək regionda öz nüfuzunu qoruyub saxlayır. Düşünürlər ki, Rusiya Azərbaycanla bir araya gələrək gizli şəkildə anlaşıb. Moskva Bakıya söz verib ki, bir neçə rayonun geri qaytarılmasını təmin edəcək və sair. Bu barədə bir qədər əvvəl mediada yazılar getdi. Bu informasiyalar Ermənistanda çox böyük narahatlıq doğurur. Rusiya isə bu faktorlardan istifadə edərək hər iki tərəflə oynayır”.

Politoloqun sözlərinə görə, tezliklə növbəti görüşün olması inandırıcı deyil: “Çünki bu, nə Rusiyanın maraqlarına cavab verir, nə də tərəflər ona hazırdır. Baxın hər iki tərəf hədə, təhdid tonunda danışır. Buna görə də indiki şəraitdə danışıqların hansısa müsbət nəticə verəcəyinə inanmıram. Danışıqlar prosesi elə gedir ki, hərb yolunu ön plana çıxarır. Yəni danışıqlarda hansısa tərəf status-kvoda üstünlük əldə etmək istəyirsə, onun əlbəttə ki, hərbi cəhətdən üstünlüyü olmalıdır. İndi də Azərbaycan bundan nəticə götürərək çalışır ki, həm hərbi potensialını gücləndirsin, həm hədə-qorxu gəlsin, təzyiqi artırsın və bununla da Ermənistanı güzəştə məcbur eləsin. Bu ümumi olaraq təbiidir. Amma əsas sual odur ki, AzərbaycanErmənistan hərbi avantüraya gedəcəkmi? Məhz bu nöqtədə bir sıra cavabsız suallar var”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar