Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərkisyanın administrasiyası Putinin təklifi haqda: “Birinci dəfədir eşidirik...”


Xəbər verildiyi kimi bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb


Xatırladaq ki, Putinin təklifinə əsasən Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.

Ermənistanda nəşr edilən “Qraparak” (“Xalq”) qəzeti Metyu Brayzanın və daha əvvəl bəzi rusiyalı politoloqların da bəhs etdiyi bu planla bağlı Serj Sərkisyanın adına sorğu göndərib. Sərkisyanın administrasiyası sorğuya nəhayət cavab verib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyanın adından daxil olmuş yazılı açıqlamada deyilir ki, Metyu Brayzanın müsahiəsində bəhs olunan plan barədə administrasiyada “ilk dəfə eşidirlər”. 

Prezident Serj Sərkisyan heç vaxt Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən bəhs olunmayan, ancaq münaqişənin nizamlanmasının digər elementlərindən söhbət gedən danışıqlarda iştirak etməyib. Prezident danışıqlar prosesində bu prinsipə bundan sonra da əməl edəcək”-açıqlamada deyilir.

Xatırladaq ki, Putinin iki rayon təklifi haqda Rusiya tərəfi heç bir şərh verməyib. Metyu Brayza bu məlumatı “danışıqlarda iştirak edən diplomatik mənbədən aldığını” demişdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar