Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərnişindaşımada qiymətlərlə bağlı Tarif Şurasına müraciət ediləcək


Bakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək


PİA.AZ bildirir ki, bu barədə mövqe.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

 N.Allahyarova bildirib ki, fərdi qaydada taksi xidməti göstərən sürücülər bəzən əsassız olaraq sərnişini gediş haqqı üçün yüksək məbləğ ödəməyə məcbur edirlər: "Taksi xidməti göstərən şirkətlər məsafəyə uyğun qiymət müəyyənləşdirib. Taksi sifarişi verən müştəri sifariş zamanı mənzil başına çatarkən ondan nə qədər məbləğ tələb olunacağını bilir.

Amma fərdi qaydada taksi xidməti göstərən sürücülər yağışlı hava şəraitini, tıxacı bəhanə edib qiyməti süni artıraraq sərnişindən əlavə məbləğ tələb edir, adi günlərə nisbətən qiyməti iki dəfə bahalaşdırırlar. BNA fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etdikdən sonra, taksilərə taksometr quraşdırılması ilə bağlı işlərə başlayacaq. Bu işlər yekunlaşdırıldıqdan sonra, biz məsafəyə görə qiymətlərin müəyyən edilməsi üçün təkliflər hazırlayaraq Tarif Şurasına göndərəcəyik.

Fərdi taski xidməti göstərən sürüclər taksometr əsasında, Tarif Şurasının müəyyən edəcəyi qiymətlə sərnişindaşıma ilə məşğul olacaqlar. Buna fərqlənmə nişanı alması prosesini tam yekunlaşdıqdan sonra, başlamağı nəzərdə tutmuşuq. Hələ ki hədəfimiz fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etməkdir. Artıq bu istiqamətdə görülən işlərin ilk ayına yekun vurmaq üzrəyik. İndiyədək üç minə yaxın fərdi taksi sürücüsü taksi lisenziya alıb. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını iki ay ərzində yekunlaşdırmağı nəzərdə tutmuşuq. Hazırda paytaxt ərazisində fərdi qaydada taksi xidməti göstərənlərin sayı 15 mindir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar