Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərt pul siyasəti iqtisadiyyatın inkişafı üçün nə vəd edir?


“Fikrət Yusifov: “Pul-kredit siyasətini yumşaltmaqdan qorxmamalıyıq”


“Sərt pul-kredit siyasətinin bu qədər davamlı olması isə heç şübhəsiz ölkənin iqtisadi inkişafına əngəl yaradan səbəblərdən biridir”.

Bu sözləri 2016-cı ildə Mərkəzi Bankın yürütdüyü pul siyasətinə müasibət bildirərkən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, "Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək". Eyni zamanda pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaq üçün 2017-ci ildə də sərt pul siyasətinin həyata keçiriləcəyini vurğulayıb. Mərkəzi Bank 2016-cı ildə doğurdanmı sərt pul siyasəti yürüdüb, yoxsa bu gəlişi gözəl sözdür?

Bu mövzu ilə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for fikrət yusifov pia.az
Fikrət Yusifov: “Gözübağlı sərt pul-kredit siyasəti heç zaman yaxşı nəticələrə gətirib çıxara bilməz”.

Mərkəzi Bankın sərt pul siyasətini dəstəkləməyən Fikrət Yusifova görə, pul-kredit siyasətinin yumşaldılması ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər:

“Sərt pul-kredit siyasəti monitar siyasətin tərkib hissəsi olmaqla, müəyyən bir zaman kəsiyində - xüsusilə də böyük infilyasiya gözləntiləri dövründə istifadə olunan bir alətdir. Lakin təəssüf ki, bizim Mərkəzi Bank artıq illərlədir bu siyasəti fəaliyyətinin əsası meyarı kimi müəyyənləşdirib sərt pul-kredit siyasətini israrla davam etdirir. Sərt pul-kredit siyasətinin bu qədər davamlı olması isə heç şübhəsiz ölkənin iqtisadi inkişafına əngəl yaradan səbəblərdən biridir. İqtisadiyatın öz qanunları var. 

Əgər bir insanın damarlarında normalda tələb olunandan bir neçə dəfə az qan olarsa, deməli gec-tez onun sağlamlığında problemlər baş qaldıracaq. İqtisadiyyat da belədir. Normal fəaliyyəti üçün insan orqanizminin qana nə qədər ehtiyacı varsa, iqyisadiyyatın da normal sayıla biləcək bir həddə pulla ehtiyacı var. Bu ehtiyac ödənilmədikdə və ya yarımçıq ödənildikdə o həmişə axsaya bilər. 

Əgər biz iqtisadi dirçəlişə rəvac vermək istəyiriksə, pul-kredit siyasətini yumşaltmaqdan qorxmamalıyıq. Bu dönəmdə  müəyyən səviyyədə infilyasiyanın olması da tam normal sayılmalıdır. Sadəcə gözübağlı şəkildə aparılan sərt pul-kredit siyasəti heç zaman yaxşı nəticələrə gətirib çıxara bilməz. Ölkədəki makroiqtisadi duruma cavabdeh olan qurumlardan biri kimi Mərkəzi Bank və onun başında dayananlar bunun fərqində olmalıdırlar”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar