Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgilisi ilə öpüşən oğlan öldürüldü- Bakıda


Qız ilə öpüşü 1990-cı il təvəllüdlü Yasamal rayon sakini Nazim Ələkbərovun ölümünə səbəb olub


Dünən gecə Nərimanov rayon ərazisində yerləşən evlərin birində Ələkbərov beş bıçaq yarası alıb. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı vesti.az Nərimanov rayon Polis İdarəsinə istinadən yayıb. Fakt üzrə təqsirləndirilən yerli sakin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə həbs edilib.

Aydın olub ki, Ələkbərov Nərimanov rayonuna öz maşınında sevdiyi qızı görüşdən sonra evə ötürmək üçün gəlib.  

Maşında onlardan başqa Ələkbərovun dostu da olub.

Ələkbərov dostunu maşında gözləməyi tapşırıb, özü isə qızı ötürməyə gedib. Binanın girişində onlar öpüşüblər.

Bu zaman qızın, onların yanından keçən qonşusu Kamran Həsənzadə onlara irad tutub.

“Öpüşməyə başqa yer tapmırsız? Ayıb olsun, qonşular görür axı”, - Həsənzadə deyib.

Amma üzr istəmək əvəzinə Ələkbərov qızın qonşusunun cavabını vermək qərarına gəlib.

O, maşına tərəf qaçıb ordan beysbol dəyənəyini götürüb və dostu ilə bərabər bloka qayıdıb.

Ələkbərov Həsənzadəyə bir neçə zərbə vurub. Həsənzadə iki dostunu yardıma çağırıb.

Gənclər dava salıb. Həsənzadə qonşusunun sevgilisindən intiqam almaq istəyirdi, amma o 1 metr 90 sm hündürlüyündə idi, Kamranın onunla əlbayaxa dalaşmağa gücü çatmayıb.  

Həsənzadə yaxınlıqda olan maşınına tərəf qaçaraq oradan bıçağı götürüb və geri qayıdıb, Ələkbərova beş bıçaq zərbəsi vurub. Yalnız qanı görəndən sonra cavanlar sakitləşiblər.

Polis idarəsində Ələkbərovun içkili olduğu da qeyd edilir.

Baş verənlərdə Həsənzadə Ələkbərovu təqsirli bilib. Beləliklə, bina girişində öpüş Ələkbərovun həyatında son öpüş oldu.

Fakt üzrə istintaq davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar