Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgilisindən ayrılanlar niyə intiharı seçirlər?


Elnur Rüstəmov: “Qızların bu prosesdə itirəcəkləri çox olur”


Adil Qeybulla: “Ümumiyyətlə, Azərbaycan əhalisinin psixoloji reabilitasiyaya ehtiyacı var”

Son günlər intiharların sayı artıb. Statistikaya diqqət edəndə məlum olur ki, bu cür hadisələrdə maddi imkansızlıq faktoru ön planda olur. Lakin son intiharlar daha çox sevgi uğursuzluğu ucbatından baş verir. Bir neçə gün ərzində Bakı şəhərində bir-birinin ardınca gənc qızların intihar etməsi bunu deməyə əsas verir. Diqqət edək, sevgidən intihar etmə hadisəsi əvvəlcə Yasamalda baş verdi, 23 yaşlı qız özünü asaraq, həyatına son qoydu. Bunun ardınca isə 19 yaşlı Tamara Abbasova sevgilisindən rədd cavabı aldığı üçün yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atdı. Sevindirici haldır ki, sonuncu hadisədə gənc qız təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub. Bir ay bundan öncə isə metroda 1982-ci il təvəllüdlü gənc oğlan sevgilsi ilə dava edərkən anidən özünü hərəkət edən qatarın altına atmışdı. 

Sevgi uğursuzluğu ilə qarşılaşan gənclər niyə çıxış yolu kimi intiharı seçir? Yüksək dəyərləndirilən sevgi doğrudanmı həm də faciələrə yol açacaq qədər  təhlükəlidir?

Psixoloq Elnur Rüstəmov məsələyə bu cür münasibət bildirib: “İlk növbədə dəqiqləşdirmək lazımdır ki, intihar edən şəxs həqiqətənmi sevgilsindən ayrıldığı üçün intihara cəhd edib? Burada ailədaxili və ya şəxsin özünün psixoloji problemləri də əsas ola bilər. Və yaxud da həmin şəxs təhsil alırsa, dərslərindəki vəziyyətin necə olduğu aydınlaşdırılmalıdır. Can şirin şeydir. İnsan hətta sonda da çapalayır ki, yarım saat artıq yaşasın. Beləliklə birdən-birə 19 yaşlı qızın özünü atmasının da yəqin ki, müəyyən səbəbləri var. Bizi də narahat edən məsələ intiharlarda yeniyetmə və gənclərin daha çox aktiv olmasıdır”

Psixoloq mətbuatda intihar hadisələri barədə məlumatların yayılmasını qınayıb: “Bununla bağlı xəbərlərin yayılması və orada şərhlərin verilməsi bu prosesləri daha da dərinləşdirir. Bu, “Dəlinin yadına daş salmaq” kimi bir şeydir. Diqqət etsəniz, görərsiz ki, əvvəllər insanlar bir-birini təqlid edərək, əvvəlcə körpüyə çıxaraq, daha sonra bankların qabağında özünü yandıraraq intihara cəhd edirdilər. Son zamanların xronikasında isə binadan özünü atmaq olayları çoxalıb. Bir neçə gün əvvəl bir qız sevgilisi üzündən intihar etmişdi, bu gün isə 19 yaşlı qız intihara cəhd etdi. Düşünürəm ki, bu xəbərlərin verilməsində diqqətli olmaq lazımdır. Aydınlaşdırmaq lazımdır ki, intihar nədən qaynaqlanıb, profilkatik tədbir nədir? Gələcək ilə bağlı hədəfləri, planları olan insan nə dərəcədə problemləri olsa belə, heç bir zaman intihar etməyəcək. Ola bilsin ki, sevgi məsələsi intihara yalnız təkan verib, amma əsas ola bilməz. Kifayət qədər insanlar var ki, illərlə sevdiyi şəxsdən sonradan ayrılmalı olurlar. Bəs onlar niyə intihar etmirlər?”

Psixoloq intihar hadisələrinin daha çox gənc və yeniyetmələr arasında artmasının narahatlıq doğurduğunu deyib: “Burada fərdin özünün psixoloji durumundan çox şey aslıdır. Əksərən gənclər “sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar. Qarşı tərəfə qarşı fədakarlıq yazılı və şifahi ədəbiyyatımızda da var. Məsələn, “Leyli və Məcnun”da Məcnun sevgilisini qorumaqdansa, çöllərə düşüb, sevgi üçün əzab çəkdiyini bəyan edir. Bu, bizim şüurumuzda var”. 

Psixoloq onu da vurğuladı ki, intihara daha çox qızlar meyilli olurlar: “Qızların bu prosesdə itirəcəkləri çox olur. Burada ailə, qonşular, yaxınları qarşısında müəyyən narahatçılıqlar yaşanır. Bunların fonunda ailənin qızın üstünə gəlməsi daha da problemlər, təzyiqlər yaratmağa başlayır ki, bu da psixoloji təsir və zərbədir. Təbii ki, oğlanlar bu cür qınaq obyektinə çox da tuş gəlmirlər”.

Psixoloq qeyd etdi ki, valideynlər bu məsələlərdə daha diqqətli olmalıdır: “Ailəmizdə münasibətləri yaxşılaşdıra, özümüzü həyatda aktuallaşdıra bilsək, həyatımız da gözəl olar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirib ki, intihar hadisələrinin kökündə insanların ünsiyyətdən qaçması, özünə qapanması, yaxınları ilə problemlərini bölüşməməsi amili dayanır: “Bunun qarşısını almaq üçün ölkəmizdə kütləvi təbliğat işləri aparılmalıdır. Ümumuiyyətlə, Azərbaycan əhalisinin psixoloji reabilitasiyaya ehtiyacı var. Çünki əhalinin 1 milyonu məcburi qaçqın və köçkün vəziyyətindədir. Bu cür amillər insanları həyatının mənasını itirməyə, həyatdan küsməyə, özünə qapanmağa sövq edir”.

Sevgi hissi insanda hansı fizioloji proseslərə səbəb olur?

Mütəxəssislər bildirirlər ki, sevgi müsbət dəyərləndirilsə də, əslində kifayət qədər təhlükəli və hədsiz asıllılıq dərəcəsinə çatdıran hissdir. Sevgi hissi yaşayan insanlar daha pozitiv olur. Bu hissi yaşamayan şəxslər isə qaraqabaq, ünsiyyətdən qaçan olur. 

Nəticədə bəzi neqativ hallar baş verə bilir. Həkim ekspertlərin dediyinə görə, hər bir insan feromon adlı maddələri özündən xaric edir ki, bu maddələr də əks-cinsi özünə cəlb edir. Bu maddə buruna daxil olur və bunun təsirindən orqanizmə siqnal yayılır. 

Ardınca hormonların ifrazı başlayır. Hormonların ifrazı sevgi və ya güclü ehtiras yaradır. Bu da müəyyən müddətdə olur. Belə ki, müəyyən hormonlar öz arzusuna çatdıqdan sonra azalmağa başlayanda artıq əsl sevgi ilə yalançı, yalnız ehtirasa əsaslanan sevginin olduğu aydınlaşır. 

Yəni, əgər həqiqi məhəbbətdirsə, hormonların ifrazı daha çox davam edir. Qısa müddətli sevgidirsə, proses dayanır. 

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, qeyd edilən hormonlar azaldıqca insan bunu özü yaradır. Bu da insanın müsbət aurası, bəxş etdiyi müsbət emosiyalardan aslı olur. Tez-tez edilən dava və küskünlüklər sevginin tədricən azalmasına səbəb olur. 

Kiçik araşdırmamız zamanı məlum oldu ki, sevgi hormonlarını yarada biləcək süni ətirlər də var ki, bu cür ətirlər qismən də olsa, feromen maddəsini əvəz edə bilir. Hətta müəyyən dərmanlar da var ki, onlar sevgi hisslərini uzada bilsə də, təsiri az və qısamüddətli olur.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar