Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevinc Babayevanın “itkin pasportu” üzə çıxdı - Foto


“Mandat alveri” qurbanının istintaqın tapa bilmədiyi sənəd tapıldı


PİA.AZ xəbər verir ki, oktyabrın 22-də “Yeni Müsavat” qəzetinin elektron ünvanına ilginc məktub daxil olub. 

Məktub müəllifi heç bir şərh və məlumat yazmadan bizə “mandat alveri” qalmaqalının mərhum iştirakçısı, 2012-ci ilin 26 dekabrında İstanbulda dünyasını dəyişmiş Sevinc Babayevanın xarici pasportunun kserosurətini yollayıb.

Yazıya əlavə edilmiş bu fotolar sənədin gerçəkdən də S.Babayevaya aid olduğunu sübut edir. Belə ki, orda onun şəxsiyyətini təsdiqləyən bütün detallar düzgün əks olunub. Bundan başqa, sənədin “viza” bölümündə Azərbaycanı tərk etdiyi tarix - 26 sentyabr 2012-ci il tarixi də öz əksini tapıb.

Naməlum bir ünvandan gələn bu məktubla bağlı dəqiqləşdirmə aparmaq üçün öncə həmin ünvana müəyyən suallar yolladıq. Məqsəd bu sənədin həmin şəxsin əlinə necə keçməsi, hazırda sənədin yeri və sair kimi detalları dəqiqləşdirmək idi. Amma suallarımız cavabsız qaldı.

Əməkdaşımız bu suallarla Türkiyədə yaşayan iş adamı, S.Babayevanı son günə qədər İstanbulda himayə etmiş Səlcuq Ağlayana müraciət etsə də, sonuncu telefon zənglərimizə cavab vermədi.

Bütün hallarda fakt faktlığında qalır və 2012-ci ilin 26 dekabrından etibarən “itkin düşmüş” pasport üzə çıxdı.

Xatırladaq ki, ilk gündən S.Babayevanın Azərbaycanı öz sənədləri ilə tərk etdiyi bəlli idi. Amma onun Türkiyədə bu sənədlə hərəkət etmədiyi sonradan üzə çıxmışdı. Belə ki, S.Babayevaya kirayə qaldığı evi S.Ağlayan öz adına kirayələmişdi. Türkiyəli iş adamı daha öncə bizə geniş müsahibəsində demişdi ki, S.Babayeva Türkiyədə olduğu müddətdə öz pasportu ilə hərəkət etməyib, çünki sənədlərini müalicəsi, reseptlərinin yazılması üçün Bakıya həkiminə yollamışdı. Hətta Türkiyədə də sənədləri olmadığı üçün heç bir xəstəxanaya müraciət edə bilmirdi.

Xatırladırıq ki, S.Babayevanın ölümündən sonra Türkiyə polisi onun kirayə qaldığı evdə axtarış aparmış və mərhuməyə aid heç bir sənəd aşkarlamamışdı. Gənc qadının ölümü isə polisdə “şübhəli” olaraq qeydə alınmışdı.

S.Babayevanın üzərində iki müxtəlif pasport və Məryəm Solmaz adına saxta kimliyin olması isə ilk gündən yayılan şayiə idi və sonradan öz təsdiqini tapmadı.

Ümid edirik ki, bu fotosurətləri redaksiyamıza yollayan şəxs tezliklə “mandat qalmaqalı”ndakı digər qaranlıq məqamları da üzə çıxaracaq. Çünki sözügedən hadisədə dünyasını dəyişən, həbsə düşüb, sonra azadlığa çıxan şəxslər olsa da, qaranlıq məqamlar çoxdur.






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar