Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seyid Lazım ağanın adından istifadə edilib


İsmayıl Əliyev: “Cinayət törətmiş şəxs Seyid Lazım ağanın nəvəsi deyil”


 
Xəbər verildiyi kimi, insan alverində ittiham edilərək həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan mərhum edilən Qafur Bağırov məhkəmə istintaqı zamanı deyib ki, Qarabağın tanınmış Seyid ocaqlarından olan Seyid Lazım ağanın nəvəsidir.
 
Bu məlumat mətbuatda yayılandan sonra Seyid Lazım ağanın həqiqi nəvəsi İsmayıl Əliyev və Bağırovlar nəslinin bir qrup nümayəndəsi bizimlə əlaqə saxlayaraq bildirdilər ki, əslində Q.Bağırov yalan danışıb, o, nəinki ağanın nəvəsi, heç qohumu da deyil. İsmayıl Əliyev: “Qafur Bağırov Seyid lazım ağanın nəvəsi deyil. Ümumiyyətlə onun bizim ailə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Bu ağ yalandır. Görünür, Qafur Bağırov məhkəmədə öz cəzasını yüngülləşdirmək məqsədi ilə Azərbaycanda böyük nüfuz sahibi olan mərhum Ağamızın adından istifadə etmək istəyib. Neçə gündür həm Seyid Lazım ağa ailəsi, Qarabağ camaatı, həm də inanclı insanlar narahatdırlar. Ümid edirəm ki, mətbuat işçiləri, ələlxüsus da internet mediası bizim mövqeyimizi nəzərə alacaq.”
 
Məsələ ilə bağlı Q.Bağırovun yaxınları da narahatdır. Elçin, Nicat, Ziya Bağırovlar da bizimlə əlaqə saxlayıb yayılan məlumatın yalan olduğunu və bundan çox narahat olduqlarını deyiblər: “Biz Seyid Lazım ağanı, onun ocağının nümayəndələrini yaxşı tanıyırıq. Həm Ağaya, həm də onun nəslinə böyük hörmət və sayğımız var. Bizim onlarla heç bir qohumluq əlaqəmiz yoxdur. Baş verən hadisədən təəssüflənirik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar