AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi bu dəqiqələrdə Abşeron rayon məhkəməsinə gətirilib
PİA.AZ-ın Bizimyol.info-ya istinadən məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar.
Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.