AXCP Rəyasət heyətinin üzvü Seymur Həzi saxlanılıb
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi xuliqanlıqda suçlanır.
"Qafqazinfo” xəbər verir ki, bunu sonrakı açıqlamasında vəkil Elton Quliyev deyib.
O bildirib ki, Seymur Həzi CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə təqsirli bilinir və hazırda Abşeron Rayon Polis İdarəsindədir.
Bu barədə partiya üzvü Əbülfəz Qurbanlı məlumat verib. O, Abşeron polisi tərəfindən saxlanıb.
Seymur Həzi özü bu barədə vəkil Elton Quliyevə məlumat verib.