Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabran icra hakimiyyəti başçısının müavini otağında əlili döyüb?


Şabranda olan mənbəmizin bizə bildirdiyinə görə Şabran icra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev haqqında rayonda heçdə yaxşı sözlər danışılmır


 Belə ki, mənbəmiz qeyd edir ki, Fikrət Nuşiyev icra başçısının müavini olmaqla yanaşı həmdə icra başçısı Novruz Novuzovun rayon idarə rəhbərlərindən aylıq “haqq” yğım işinə baxır. 

Eləcədə icra başçısı bütün işlərini ona həvalə etdiyindən müavin rayonda istədiyi hərəkətləri edir. Lazım oldu olmadı vətəndaşları idarə rəhbərlərini nalayiq söyüşlərlə söyməkdən belə çəkinmir.
Mənbə bildirir ki, Fikrət Nuşiyevə verilən səlahiyyət o qədər güclüdür ki, hətta rayonda idarə rəhbəri belə təyin edir. Mənbəmiz bildirir ki, icra başçısı Novruz Novruzov biznes sahəsinə başı qarışdığından iş yerində olmur və icranın elm təhsil və səhiyyə üzrə müavini rayonda bütün işləri idarə edir.

Mənbəmiz bildirir ki, bu yaxınlarda rayonun ünvanlı sosial yardıma cavabdeh olan idarə müdrini işdən azad etdirərək yerinə Fikrət Nuşiyevin dostu olan Orxan Xəlilovu təyin etdirib ki, həmin Orxan Xəlilov icra hakimiyyətində məsləhətçi işləyib və Orxan Xəlilovu da buradakı vəzifəyə də icranın müavini olan Fikrət Nuşiyev gətirib. Bələliklə Orxanın Şabran Sosial Müdafiə Mərkəzinə direktor təyin edilməsində heç icra başçısının xəbəri olmayıb. İcra başçısı yalnız iclasların birində Sosial Müdafiə Mərkəzinin rəhbərini soruşduqda məlum olubki onun icra hakimiyytindəki məsləhətçisi indi idarə rəhbəridir.

Mənbəmiz bildirir ki, rayonda işsizlik, qanunsuzluq, məmur özbaşınalığı hazırda pikk həddə çatıb. Rayonda inkişaf yönündə iş aparılmır. Bütün sahələrdə problemlər mövcuddur. Normal iş yerləri yoxdur ki, camaat gedib pul qazansın, ailəsini dolandırsın. Heç nədən qorxmadan deyirəm ki, başçı və müavinləri vətəndaşları fikirləşmir. Rayonun mərkəzində və kəndlərdə boş yer tapmaq mümkün deyil. Bütün boş sahələri kimlərəsə satıb pul qazanıblar. İcra başçısı Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Burda özü üçün ferma tikdirib, mal-heyvan saxlatdırır. Camaat min bir zülmlə çörək pulu qazanır, amma başçı kefinə korluq çəkdirmir. Qeyd edilir ki, icra başçısı vəzifəyə təyin olunandan sonra Şabranın abadlaşdırılması üçün dövlət büdcəsindən təxminən 15 milyona yaxın vəsait ayrılıb: Həmin vəsaitin heç 5 milyonu quruculuq işlərinə sərf edilməyib. Maraqlanan və araşdıran yoxdur ki, yerdə qalan 10 milyon hara gedib. Bu pul kimlərsə tərəfindən həzm edilib. Nəzərdə tutulan işləri isə başçı yerli sahibkarlara zorla gördürüb. Onları şərlətdirib həbs etdirəcəyi ilə hədələyib. Bundan qorxuya düşən sahibkarlar isə həbsə girməkdənsə, ciblərindən pul xərcləyib rayonun inkişafı üçün iş görməyi üstün tutublar. Şabranın turizm zonaları başçının birbaşa əli ilə hansısa iş adamlarına, imkanlı şəxslərə satılıb.

Onun özünün də istirahət bölgələrində obyektləri var. Ağalıq meşəsinin bir hissəsini məhv edən icra hakimi burda özünə şadlıq evi, hotel və restoranlar tikdirib. O, vəzifəsinə aid olmayan işlərə daha çox vaxt sərf etdiyi üçün rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə vətəndaşlar süründürməçiliklə üzləşirlər. Şabranın səhiyyə, təhsil, maliyyə və mədəniyyət sahələri böhran dövrünü yaşayırlar.

Vətəndaşlar əsassız olaraq incidilirlər. İcra hakiminin özbaşınalıqlarına etiraz olaraq rəsmi orqanlara, cənab prezidentə saysız müraciətlər ünvanlamışıq. Amma haqq səsimizin ölkə rəhbərinə çatmasına imkan vermirlər. Rayon rəhbərinin Prezident Administrasiyasında qohumu işləyir. Həmin adam kimdirsə qoymur ki, bizim məktublarımızı ölkə başçısı oxusun..

Bundan əlavə qeyd edək ki, bir müddət əvvəl Şabran rayon icra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyevin məcuri köçkün birinci qurup əlili vəhşicəsinə döymüşdür
Bölgələrdə məmur özbaşnalıqları artıq adi hal alıb. Rayonlarda icra hakimləri polis məhkəmə və digər rayon məmurları haqqında mütəmadi olaraq şikayətlər daxil olur. Vətəndaşlar incidilir onlardan rüşvət tələb olunur hətta bəzi hallarda vətəndaşları döyməkdən belə çəkinmirlər.
Ötən gün redaksiyamıza Şabran rayonundan məmur özbaşnalığından cana doyan vətəndaşların şikayət məktubları gəlməkdə davam edir. Şabran rayonunda məmur özbaşnalığı və korrupsiya halları ilə üzləşən vətəndaşların müraciətlərindən biri ilə sizləri tanış edirik
Redaksiyamıza müraciət ünvanlayan Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Qabil şikayətində bildirir ki, onu icra hakimiyyətinin binasında icra hakimiyyəti başçısının işçiləri və sonrada polisə aparılaraq polis şöbəsində döyüblər.
Beləki Şabran rayonunda olan qocalar evində məskunlaşmış Ağdam rayonundan məcburi qaçqın düşmüş Quliyev Qabil bir ayağını itirdiyindən əlil arabasında hərəkət edir. Qabil Quliyev bildirir ki, əlil arabası yararsız vəziyyətdə olduğundan onun yenisi ilə əvəzlənməsi üçün maddi imkansızlıqdan rayonda adiyyatlı qurumlara müraciət edib.Lakin ona heç bir yerdən kömək olunmadığından icra hakimiyyəti başçısına müraciət etmək fikrinə düşüb. Qabilin icra hakimiyyətinin qəbula getməsinin səbəbi yeni əlil arabasının alınmasında ona köməklik göstəriləsi olub. Kömək üçün Şabran rayon icra hakimiyyətinə pənah aparan məcburi köçkün, birinci qrup əlil Qabil Quliyev icra hakimiyyəti başçısı Novruz Novruzovun qəbuluna girmək istədiyini bildirib. Lakin ümüdlə icra hakimiyyətinə gələn məcburi köçkün ümüdsüzliyə düçar olub. Şikayətçini dinləyən icra başçısının məsləhətçiləri Qabili icra başçısının elm təhsil və səhiyyə məsələləri üzrə müavini olan Fikrət Nuşiyevin qəbuluna gətirirlər. Rayonun idarə rəhbərlərindən şikayət edən və icra başçısından köməyin elm təhsil və səhiyyə üzrə müavini qəbul edən kimi şikayətini dinləmədən nalayiq söyüşlər söyür və onu hədələyir. Qabil Quliyev bildirir ki, icra başçısının müavini Fikrət Nuşiyev qəbul zamanı məcburi köçkünlərin əlindən bezdiyini və eləcədə əlil insanların icra başçısından kömək istəməsinin yol verilməz olduğunu qey edərək ayagönı itirən birinci qurup əlilini vurub. Beləcə müavinin otağında dava düşür. Şikayətçi bildirir ki, Fikrət adlı icra başçısının müavini təpiklə yumruqla icra hakimiyyətinə pənah gətirən şikayətçini döyür. Otaqdakı səs- küyə icranın digər işçiləri də gəlib və müavinə kömək ediblər. Hərəkət edə bilməyən bir ayagını itirmiş məcburi köçkünü döyürlər. Polisə xəbər verilir və polis əməkdaşları icra başçısı müavinin otağıa gələrək icra hakimiyyəəti işçiləri tərəfindən döyülən məcburi köçkünü yenidən döyməyə başlayırlar. Bədən xəsarətləri alan Qabil Quliyev polis şöbəsinə aparılır. Şikayətçinin bildirdiyinə görə polis rəisainin otaöında döyülməsədə nalayiq şöyüşlərlə təhqir olunan şikayətçiyini evə buraxıralr və tapşırılır ki, bundan sonra harasa şikayət olunsa bundan betər vəziyyətə salınacaq. İcra hakimiyytəi işçiləri və polis tərəfindən döyülərək bədən xəsarətləri almış birinci qurub əlil Qabil Quliyev polisdən çıxan kimi həkim müayinəsinə yollanıb. Aldığı xəsarətlərə görə əlil birbaşa rayondan çıxaraq Bakıya yollanıb. Kliniki Tibbi Mərkəzə müraciət edərək xəsarət alması ilə bağlı müayinəyə girib və mərkəzin həkimləri onun döyülməsiylə bağlı arayış təqdim ediblər.Redaksiyamiza müraciət edən şikayətçi həkimlər tərəfindən onun döyülərək xəsarət alması barədə rayışı da redaksiyamıza təqdim edib.(Arayışlardan da görünür ki, həqəqətən də həkimləırin təsdiq etdiyi arayışda Qabil Quliyevin döyülərək xəsarət alınması təsdiq olunub).
Hazırda döyülərək təhqir olunan birinci qurup əlil Qabil Quliyev icra hakimiyyətinin müavini olan Fikrət Nuşiyev haqqında tədbir görülməsi üçün ölkə prezidentinə,respublika prokrorluğuna və digər adiyyatlı qurumlara müraciət ünvanlayıb. Şabran icra başçısının müavini Fikrət Huşiyev haqqında tədbir görülməsini xahiş edir.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.(dogru.tv)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar