Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlərə korrupsiyanın qaydası öyrədilir


Nağılda qurd da qazıya rüşvət aparır, qazı işi rüşvətin “yağlı”sını verənin, yəni keçinin xeyrinə həll edir


“Keçi bir kasa qatıq çaldı və bir dəstərxan yağlı çörək bişirdi ki, qazıya sovqat aparsın...”

“Qazı keçinin sovqatını açıb baxdı və xoşhal oldu...”

Qafqazinfo” “oxuzali.az”a istinadən xəbər verir ki, hakimə rüşvət verilməsi haqqında bu cümlələr qurd və keçi haqda nağıldandır.

Nağıl isə “Ana sözü - 1” kitabındandır. “Ümumtəhsil məktəbləri üçün dərs vəsaiti”ndən (“Çaşıoğlu” nəşriyyatı, 2008). Özü də “Təkmilləşdirilmiş yeni nəşrdən”. 2002-ci ildə Təhsil Nazirliyinin 705 saylı əmri ilə sinifdənxaric dərs vəsaiti kimi təsdiq edilib.

Nağılda qurd da qazıya rüşvət aparır, qazı işi rüşvətin “yağlı”sını verənin, yəni keçinin xeyrinə həll edir.

“Uşaqları rus bölməsində oxuyan adamlara asandı demək ki, uşağınızı Azərbaycan bölməsinə qoyun, rus bölmələri bağlansın kimi fikirlərlə asıb-kəsmək asandı. Bu nağılın uşaqlara verdiyi mesaj nədir? İstəyirsiniz uşaqların altşüuruna hopsun bu mərdiməzarlıqlar?”

Facebook istifadəçisi “Səbinə Aslanova” yazır bunu – kitabdan nağılın bir səhifəsinin fotosunu paylaşaraq.

“Zhala Azizova” isə bu posta rusca yazdığı şərhdə qeyd edir ki, “Bu, korrupsiyanın insanların şüuruna nə dərəcədə yeridiyini sübut edir. Mübarizəni ilk növbədə insanların şüurundan başlamaq lazımdır. Belə fikirlərin dəsliklərdə yer alması isə tamamilə yolverilməzdir...”

Bəs siz nə düşünürsüz? 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar