Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlərin internet-klublara girişi qadağan ediləcək?


Bu gün cəmiyyətimizdə mövcud olan, lakin ciddiliyi o qədər də diqqət cəlb etməyən problemlərdən biri də orta məktəb şagirdlərinin internet-klublarda saatlarla vaxt keçirməsidir


Bir müddət öncə orta məktəb şagirdlərinin internet-klublara girişinə qadağa qoyulması ilə bağlı təkliflər səsləndirilsə də, bu istiqamətdə müvafiq addımlar atılmadı.

Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, orta məktəb şagirdlərinin internet-klublara getməsinin tamamilə qadağan edilməsi düzgün olmazdı: "Ola bilsin ki, uşaqlar dərslərlə bağlı internetdən hansısa məlumatlar əldə etmək istəyirlər. Amma uşaqları internet-klublara müəyyən saatlarda və müəyyən vaxt çərçivəsində buraxmaq olar. Tutaq ki, uşaqların gecə saatlarında internet klublarda nə işi var? Yaxud da ki, internet-klublarda saatlarla gedib oturmağın da tərəfdarı deyiləm. Amma bütövlükdə 18 yaşına çatmayan uşaqların internet-klublara tamamilə buraxılmaması da doğru deyil. Uşaqların informasiya almasının böyük bir mənbəyi də internetdir. Ola bilsin ki, hər bir uşağın da evində ya kompüter olmasın, ya internet olmasın. Bunu da nəzərə almaq lazımdır".

Burada ən çox valideynlərin üzərinə məsuliyyət düşür. Valideyn bilməlidir ki, uşağı hara gedir. Ona nəzarət etməlidir. Bu cür yanaşma daha doğru olar, nəinki qanunvericiliklə uşaqların internet-klublardan istifadəsinə tamamilə qadağa qoymaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar