Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Məmmədov mətbuata savaş açıb


Amma şər, böhtan və təhdid yolu ilə


Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov neqativ halların ortadan qaldırılması əvəzinə mətbuatı müxtəlif zor yolları ilə susdurmağa üstünlük verir. 

Xatırladaq ki, bir müddət əvvəl «Poliqon» İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, Ağcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımov redaksiyanın telefon nömrəsinə zəng edərək «Poliqon» İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlını və redaksiya heyətini dərc olunması mümkün olmayan nalayiq bir şəkildə təhqir və təhdid edib. 

Müraciətdən sonra özünü Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs PİA.AZ-ın redaksiyasına zəng edərək bildirib ki, onların müraciət əsasında apardıqları tədqiqat əsasında məlum olub ki, redaksiyamıza biabırçı söyüşlərlə sms yazan şəxs 13 yaşlı uşaqdır. (!?) Bu barədə Qaynar.info saytına açıqlama verən baş redaktor Azər Qaramanlı bildirib ki, 13 yaşlı uşağın nömrə alması imkansız olduğuna görə bu versiaynı istisna edir və telefonun əsil sahibinin adının açıqlanmasını istəyir.

Hazırda bu işlə məşğul olan Nərimanov rayon polis idarəssinin 17-ci bölməsində isə hansı səbəblərdənsə araşdırılma yubadılıb və şikayət olunandan ancaq 10 gün sonra baş redaktorun israrlı təkidləri nəticəsində telefon nömrəsinin sahibini müəyyənləşdirmək üçün «Azercell» şirkətinə müraciət ünvanlayıb. Əbülfət Qasımov hüquq-mühafizə orqanlarında çalışan qohumlarının vasitəsi ilə bizim haqqlı şikayətimizin qarşısını almaq üçün ən müxtəlif yollara əl atdıqdan sonra isə çıxış yolunu PİA.AZ-ın baş redaktorunu xüsusi ittihamla məhkəməyə verməkdə görüb.

Qeyd edək ki, Əbülfət Qasımovun xüsusi ittiham tərkibi ilə bizə qarşı irəli sürdüyü ittiamlar gülüş doğurur. İttihamda az qala özünü müqəddəs elan edən Ağcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri bizi onu və ailəsinin nüfuzuna xələl gətirməkdə günahlandırır. Halbuki, PİA.AZ-ın yaydığı məlumatda Əbülfət Qasımovun ancaq işindən söhbət açılır və göstərilir ki, idarə müdiri sosial yardım almaq istəyən şəxslərdən 3 aylıq haqqı əvvəlcədən istəyir. Eyni zamanda özünün bir çox qohumlarına sosial yardım yazıb. Biz təbbiki, yazdıqlarımızı bir daha təsdiqləyir və bir daha bildiririk ki, Əbülfət Qasımovun fəaliyyəti araşdırılarsa, bizim yazdıqlarımız çox asanlıqla öz təsdiqini tapacaq. 

Qarşı tərəfi açıq şəkildə təhqir etməkdən çəkinməyən Əbülfət Qasımovun bizi belə bir ittihamla həbs etdirmək istəməsi isə ancaq gülüş doğurur. Çünki bütün hallarda şərəf və ləyaqəti təhqir olunan tərəf bizik və təbii ki, 051 749 33 33 nömrəli telefonun sahibi hüquqi yolla öz layiqli cəzasını alacaq. Ən yaxın zamanda PİA.AZ-ın vəkili 051 749 33 33 nömrəli telefonun sahibinə qarşı xüsusi ittihamla məhkəməyə müraciət edəcək. 

Onu da qeyd edək ki, ən yaxın müddətdə olan Nərimanov rayon polis idarəsinin 17-ci bölməsi telefonun sahibinin kimliyini açıqlamasa, biz rəsmi qaydada Azərbaycan Respublikasının prezidentinə və Daxili İşlər Nazirinə müraciət edəcək və bu məsələdə sonuna qədər öz hüquqlarımızı müdafiə edəcəyik.

Ağcabədidən aldığımız son məlumatda isə qeyd olunur ki, bu məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovunda xüsusi marağı var. PİA.AZ-ın sosial məsələlərlə bağlı, xüsusi ilə rayonda baş alıb gedən korrupsiya faktları ilə bağlı yazılarından narahat olan Şahin Məmmədov PİA.AZ-a təzyiq və təsir etmək qərarına gəlib. Belə ki, icra başçısı Əbülfət Qasımovun işində ona kömək olmaq üçün PİA.AZ-a iktnci cəbhə açmağa qərar verib. Bunu dünən Ağcabədi rayon prokurorluğundan PİA.AZ-a daxil olan zəng də təsdiqləyib.

Prokurorluqdan redaksiyamıza gələn zəngdə Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev və onun bir neçə işçisindən şikayət daxil olub və baş redaktordan Ağcabədi rayonuna gəlib izahat verməsi istənilib. Aldığımız məlumata görə şikayətdə Aqil Əliyev və işçiləri bildiririr ki, güya bizim redaksiyadan onlara zənglər olunub. Biz bütün məsuliyyəti ilə bildiririk ki, nə Aqil Əliyevə, nədə onun hər hansı bir işçisinə zəng etməmişik. Təqribən bir ay əvvəl bizə zəng edən məhz Aqil Əliyev olub və Ağcabədi rayonu haqqında, xüsusəndə özü və atası, Ağcabədi Suvarma Sistemlərinin rəisi Əli Əliyevin maliyyə maxinasiyaları ilə bağlı saytımıza daxil olan şikayət və məlumatları dərc etməməmizi xahiş edib. Biz isə öz tərəfimizdən bildirmişik bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Biz özümüzdən əminik və tam məsuliyyəti ilə bildiririk ki, Aqil Əliyevin bizə qarşı prokurorluğa müraciət etməsi şər və böhtandan başqa bir şey deyil. Aqil Əliyevin şər və böhtanın arxasında isə icra başçısı Şahin Məmmədovun dayandığını da bilirik. Bizdə olan məlumata görə Şahin Məmmədov özünün «qara kassa»sı Aqil Əliyevi və onun işçilərinin əli ilə bizə şər atmaqda əsas məqsədi PİA.AZ-ın Ağcabədi də baş alıb gedən korrupsiya faktları ilə bağlı susqunluq nümayiş etdirməsinə nail olmaqdır. Artıq müxtəlif kanallarda bizə təklif gəlir ki, qarşı tərəf şikayətini yalnız o zaman geri götürə bilər ki, biz Ağcabədidə baş alıb gedən haqqsızlıqları və korrupsiya faktları haqqında yazılar dərc etməyək. Biz qətiyyətlə Şahin Məmmədovun adamların bu təklifəindən imtina edirik və bildiririk ki, Şahin Məmmədov və onun əlaltıları Əbülfət Qasımov, həmçinin Aqil Əliyev istədikləri qədər bizim haqqımızda prokurorluğa və məhkəməyə müraciət edə bilərlər. 

Biz öz tərəfimizdən onu da bildiririk ki, istənilən halda doğru yolda olduğumuzdan əminik və heç bir halda geri addım atmağı düşünmürük. Onu da qeyd edirik ki, öz təhlükəsizliyimiz baxımından Ağcabədi rayon prokurorluğuna gedib izahat verməkdən imtina edirik. Bütün hallarda şikayət aidiyatı üzrə ünvanlanmalıdı və biz istər Baş Prokurorluqda, istərsə də, qeydiyyatda olduğmuz rayonda izahat verməyə hazırıq.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar