Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev iranlı nazirlə görüşdü


Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İran İslam Respublikasının enerji naziri Bijən Namdar Çitçiyan ilə görüşüb


Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olub. Qeyd edilib ki, İran ilə Azərbaycan dost və qardaş dövlətlərdir. İran Azərbaycanla elektrik enerjisi mübadiləsini müsbət qarşılayır. Qarşıdakı 6 ay ərzində Parsabad-İmişli elektrik ötürücüsü xəttinin inşası başa çatacaq və bu xəttin istifadəyə verilməsi iki ölkə arasında elektrik enerjisi mübadiləsini 600 meqavatadək yüksəldəcək. Hər iki tərəf bu xəttin inşasına böyük həcmdə sərmayə qoyub. Dövlətlərin elektrik enerjisi sistemlərinin birləşməsi şəbəkələrin davamlılığını artıracaq.

Tərəflər birgə istifadə üçün sərhəd zonasında 1000 meqavat gücündə elektrik stansiyasının tikilməsi məsələsi də nəzərdən keçiriblər. Qərara alınıb ki, bu məsələ ekspertlər səviyyəsində öyrənilsin və konkret təkliflər hazırlansın.

Görüşdə alternativ enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlıq məsələsinə də toxunulub. Qeyd olunub ki, Azərbaycan İranın alternativ enerji sahəsinə sərmayə qoymağa hazırdır.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar