Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairə Günel Mövludun qardaşları azadlığa buraxıldı


Ailə xəbəri gizli saxlayır, jurnalist-şairə isə “ümd edirəm, onları buraxıb, daha pis şeylər eləməyəcəklər”, deyir


Meydan TV-nin redaktoru Günel Mövludun qardaşları bu gün azadlığa buraxılıb. Bir neçə saatdır sosial şəbəkədə müzakirə olunan bu xəbər öz təsdiqini tapmasa da, az öncə G.Mövlud özü bu barədə status yazaraq, xəbəri  təsdiqləyib: “Qardaşlarımı buraxıblar. Hamıya dəstəyə görə təşəkkür. Ümid edirəm, onları buraxıb, daha pis şeylər eləməyəcəklər”.

Musavat.com xəbər verir ki, G.Mövludun valideynləri isə bu xəbərin yayılmasını istəmir və ümumiyyətlə, mövzunun qapanmasında maraqlıdır. Bu səbəbdən də jurnalistlərdən gələn zəngləri cavablandırmırlar. Oğullarının həbsindən sonra G.Mövluddan imtina edən valideynlərinin hazırda onunla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də şairə musavat.com-un əməkdaşı ilə söhbətində qardaşlarının həbsdən buraxılması ilə bağlı detallardan xəbərsiz olduğunu dedi. 

Xatırladaq ki, ötən ilin oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları - Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb. Qardaşlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər. Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə və ya saxlama) maddəsilə ittiham olunan Vəkil İmanov Biləsuvar Rayon Məhkəməsinin dekabrın 22-də çıxardığı hökmə əsasən, 1 il azadlıqdan məhrum edilmişdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar