Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda əhalinin tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün rayonlarında olduğu kimi, Şamaxıda da əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir


Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın rayonda  yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar üzrə qrafik tərtib olunub.

Tibbi müayinələrin keçirilməsi üçün mərkəzi rayon xəstəxanasında və Müalicə Diaqnostika Mərkəzində ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmiş, əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Fevralın 15-dən bugünədək 18 yaşdan yuxarı 53 minə yaxın vətəndaş və 79 idarə, müəssisə və təkşilatın kollektivi tibbi müayinədən keçirilmişdir. Onlardan 5463 nəfəri ambulator, 91 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 132 nəfəri isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razı qaldıqlarını, əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Rayon İcra Hakimiyyəti tibbi müayinələrin mütəşəkkil keçirilməsi və aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işini davam etdirir.

Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 15-dək davam etdiriləcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar