Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda tarixi abidələr və tarixi yerlərə ekskursuyalar təşkil olundu


18 aprel 2015-ci il tarixdə Şamaxı rayonunda Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər günü qeyd edilmişdir


Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) təşəbbüsü ilə hər ilin 18 aprel tarixi bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Abidələrimizin bəşəri əhəmiyyətini nəzərə alan  YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs" jurnalında İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan İrs siyahısından çıxarılması haqqında məqalə dərc etmişdi. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınan ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar. Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən məhv edilir.

Şamaxı rayonunda da bu günün daha geniş şəkildə qeyd edilməsi məqsədi ilə rayonun Təhsil və Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin tarixi abidə və tarixi yerlərə ekskursiyaları təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə 743-cü ildə inşa olunmuş Şamaxı Cümə Məscidində, M.Ə.Sabirin Ev-Muzeyində və Tarix-Diyarşünaslıq Muzeyində olmuş, sonra “Şahi Xəndan” qəbiristanlığına, “Yeddi Günbəz” türbələr kompleksinə, rayonun Kələxana kəndindəki “Kələxana türbələri”nə və digər tarixi abidələrə ekskursiya etmişlər.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar