Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirildi


Şamaxıda növbəti ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir


PİA.AZ-a daxil olan məlumata görə, zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda son illər aparılmış abadlıq və quruculuq işləri nəticəsində rayonun sürətlə yaşıllıqlara çevrilməsi onun gözəlliyini daha da artırmışdır.

Rayonun mərkəzindəki Heydər Əliyev parkında, Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, şəhərin küçə, park və yaşayış ərazilərində, avtomobil yollarının kənarlarında kütləvi iməciliklər keçirilir, ağaclar əkilir, yaşıllıqlara daimi qulluq göstərilir. Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında yaşıllıqlar salınmış və həmin ərazidə 12 mindən artıq müxtəlif ağac növləri əkilmişdir. Eyni zamanda, əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır.

18 aprel 2015-ci il tarixdə Şamaxıda növbəti kütləvi ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.

Qeyd edək ki, rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlər də aksiyaya həvəslə qoşulmuşlar. Təxminən 4500 nəfərin iştirak etdiyi iməciliklər zamanı Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, şəhərin küçə və parklarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağaclar ağardılmış, 1100-dən çox müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilmişdir. Təzə əkilən ağac və kollar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar