Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid əsgərimiz dəfn olundu


Erməni silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm İzzət oğlu Əzizov bu gün doğulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb


APA-nın məlumatına görə, dəfn mərasimində R.Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasimində çıxış edənlər şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər. Şəhid R. Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində "N" saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Rüstəm Əzizov döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.

R.Əzizov həqiqi hərbi xidmətə Astara rayonundan çağırılıb. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar