Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid əsgərimiz dəfn olundu


Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş əsgər Eşqin Rəhim oğlu Allahverdiyev fevralın 1-də Şəki rayonunun Böyük Dəhnə kəndində dəfn olunub.


PİA.AZ Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, vida mərasimində MN-in zabiti, polkovnik Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
 
Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxış edərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
 
Bölgənin qazısı Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
E. Allahverdiyev Şəhidlər xiyabanında dəfn edilib.
 
Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, məzar üzərinə Müdafiə Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi və ictimai təşkilatlar adından əklillər və gül dəstələri düzülüb, cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar