Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid əsgərimizin medalı ailəsinə verilib



Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun əsgəri Zəlimxan Cavadovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub


APA-nın yerli bürosunun xəbərinə görə, bununla əlaqədar mayın 27-də Qobustan rayon İcra Hakimiyyətində mərasim keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Müdafiə Nazirliyindən, “N” saylı hərbi hissədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsindən, rayon İcra Hakimiyyətindən, idarə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi mərasimdə medal şəhidin atasına təqdim olunub.
 
Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış ediblər.
 
Bildirilib ki, ötən ilin iyununda Qobustan rayonundan hərbi xidmətə çağırılan Ərəbşalbaş kənd sakini, 1996-cı il təvəllüdlü Cavadov Zəlimxan Eybalı oğlu bu il fevralın 21-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Zəlimxan kimi qəhrəman oğullarımızın qisasının alınacağı vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar