Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid gizir atasının yanında torpağa tapşırıldı


23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəhbədə vətənin müdafiəsində dayanmışdı


Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadənin cənazəsi dəfn olunmaq üçün doğulduğu Biləsuvar şəhərinə gətirilib. 

Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində düşmən gülləsinə tuş gələn 23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəhbədə vətənin müdafiəsində dayanmışdı. Doğma ocağına şəhid kimi dönən gizirin cənazəsi rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin, doğmalarının iştirakı və üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə kənd qəbristanlığına aparıldı. Şəhid dünyadan vaxtsız köçmüş atasının yanında torpağa tapşırıldı.

Mərasimdə iştirak edən müdafiə nazirliyinin rəsmiləri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Şahmurad Əlizadənin xatirəsinin daim anılacağını,vətən yolunda şəhidliyin bundan sonrakı nəsillər üçün də müqəddəs borc olduğunu bildirdilər.

Şəhidin doğmaları da vətənə layiqli, gənc nəslə örnək oğul böyütdüklərinə görə fəxr etdiklərini dilə gətirdilər. Azərbaycan bayrağı şəhidin qardaşlarına təqdim edildi. 

Şahmurad Əlizadələr ailəsinin 3-cü oğul övladı idi. indi bu ocağa gələnləri igid gizirin şəhid ruhu, bir də yenilməz Azərbaycan bayrağı salamlayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar