Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlər Xiyabanında intihar edən oğlanın intihar səbəbi


“Ağalar imtahandan kəsildiyi üçün özünü öldürüb”


Yevlax rayon sakini Ağalarlı Ağalar Əflatun oğlunun bu gün Şəhidlər Xiyabanında intihar etməsi ilə bağlı xəbər vermişdik.

Tələbənin intiharı ilə bağlı yeni təfərrüatlar əldə edilib.

Yevlaxın Ələş kəndinin icra nümayəndəsi Knyaz Məmmədov azvision.az-a açıqlamasında bildirib ki, intihar edən gənc Texniki Universitetin ikinci kurs tələbəsi olub: “O, Energetika fakültəsinin 2-ci kursunda təhsil alırdı. 19 yaşında olan Ağlar atasını 7 il bundan öncə itirib. Anası isə müəllimə işləyir. Ağların özündən böyük olan qardaşı Fuad isə İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Bu intihardan sonra ailənin vəziyyəti çox ağırdır. Anası fəryad edir, oğlunun ölümünə dözə bilmir. Mərhum artıq dəfn olunub”.

İcra nümayəndəsi intiharın başvermə ehtimallarını da açıqlayıb. O, bildirib ki, A. Ağaların maddi çətinliyi olmayıb: “Ağların intiharı ilə bağlı yalnız bir ehtimal var. Bu da onun imtahanlarda kəsirinin olmasıdır. Hamı onun bu kəsirlərə görə intihar etdiyi fikirindədir. Ağalar çox qapalı bir uşaq idi. Çox danışan, deyib-gülən uşaq deyildi. Ailəsində heç bir problemi olmayıb. Dərdini, sevincini heç kəslə bölüşməzdi. Hadisə dünən olub. Otaq yoldaşları onun sevgiyə görə intihar etmədiyini deyirlər. Ehtimal ki, Ağalar kəsirlərinə görə canına qıyıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar