Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlərimiz niyə təntənəli şəkildə dəfn edilmir?


Dünyanın əksər ölkələrində hərbi qulluqçuların son mənzilə yola salınması xüsusi qaydada həyata keçirilir


Dünyanın bir çox ölkələrində vətən uğrunda həlak olan hərbiçilərin dəfn mərasimi təntənəli şəkildə həyata keçirilir.

Əksər dövlətlərdə qanunvericilik hərbi qulluqçuların və ölkənin silahlı qüvvələrinin Ali Baş Komandanının xüsusi qaydalarla dəfn olunmasını tələb edir. Adi dəfn mərasimlərindən müəyyən fərqləri olan hərbi dəfnlər xüsusi qaydada həyata keçirilir. Müəyyən fərqlər olsa da, hərbi qulluqçuların dəfnində əsas rituallar bütün ölkələrdə demək olar ki, eynidir. Məsələn, cənazənin mənsub olduğu ölkənin bayrağına bükülməsi bütün ölkələrdə eynidir. ABŞ hərbi sisteminin protokoluna görə, ölkənin bütün hərbi veteranları təntənəli dəfn olunmaq hüququna malikdirlər. Dəfn prosesində fəxri müşayiət müəyyən edilir. Müşayiətdə ayrı-ayrı bölmələrin hərbi qulluqçuları yer alır. Bundan başqa, mərasimdə hərbi orkestrin, cənazə üçün qarovul və dəfn zamanı əsgərlərin müşayiəti mütləq şərtlərdən hesab olunur.

Cənazə son mənzilə ya xüsusi avtomobillərdə, ya da lafetlər vasitəsilə aparılır. Cənazənin üzərinə mütləq şəkildə ABŞ bayrağı və hərbi qulluqçunun baş geyimi qoyulur. Sonda hərbiçinin xidmət dövründə təltif olunduğu orden və medallar nümayiş edilir. Cənazənin torpağa tapşırılması zamanı dövlət himni səslənir. Himn 3 yaylım atəşi ilə müşayiət olunur. 1938-ci ildən başlayaraq ABŞ-da dövlət dəfnləri zamanı hərbi təyyarələr “Missing man” yəni “çatışmayan adam” düzülüşündə uçuş həyata keçirirlər. Bu düzülüş zamanı təyyarələrdən biri qəfildən göyə qalxaraq kolondan uzaqlaşır. Bu ritual mərhumun hərbi sıraları əbədi olaraq tərk etdiyini simvolizə edir.

Böyük Britaniya ordusu da hərbi dəfnlər zamanı xüsusi rituallardan istifadə edir. Hərbi qulluqçunun Britaniya bayrağına bürünmüş cənazəsi hərbi hissələrin yerləşdiyi küçə boyu qəbiristanlığa yönəldilir. Bu zaman cənazəni müşahidə edən fəxri qarovul dəstəsi tabeliyindəki silahları qundağı aşağı vəziyyətdə saxlayırlar.

İndoneziyada isə hərbi qulluqçuların dəfni zamanı eyni rituallar yerinə yetirilsə də, hərbi orkestrdən istifadə olunmur.

Türkiyədə və əksər müsəlman ölkələrində mərhumun nəşi torpağa tapşırılmazdan öncə mərasim iştirakçıları tərəfindən cənazə namazı qılınır.

Bir sözlə, demək olar ki, dünyanın əksər ölkələri öz şəhidlərini, hərbiçilərini xüsusi mərasimlə son mənzilə yola salır. Azərbaycanda isə tamamilə fərqlidir.

Atəşkəs elan olunandan bu günə qədər cəbhə xəttində xeyli sayda Azərbaycan hərbiçiləri şəhid olub. Amma ölkə səviyyəsində şəhidlərin təntənəli şəkildə dəfn olunması demək olar ki, hələ də rəsmi şəkildə həyata keçirilmir. İcra hakimiyyətinin və şəhər hərbi komissarlığının bir neçə nümayəndəsi iştirak etməklə dəfn mərasimləri qeyd olunur. Sonuncu dəfə ölkənin yüksək rütbəli və vəzifəli şəxslərin dəfn mərasimində iştirak etməsi şəhid Mübariz İbrahimov torpağa tapşırılan zaman qeydə alınıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar