Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki-Bakı avtobusu Yasamalda qəzaya düşdü: Yaralılar var


Bakının Yasamal rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı dairəvi yolunda qeydə alınıb


Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” marklaı maşınının sürücüsü Lökbatan qəsəbəsindən Bakı Beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra “Mercedes” Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar. Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal Rayon Polis idarəsində araşdırma aparılır (ans press).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar