Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki sakini həmkəndlisini bıçaqlayıb



Şəkidə 52 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb


Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.
 
Rayonun  Kiş kənd sakini, 1963-cu il təvəllüdlü Kənan Kamil oğlu  Kərimovla həmkəndlisi Əkrəm Fətəli oğlu Nəcəfov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Davaya  çevrilən münaqişə zamanı Əkrəm Nəcəfov üzərində olan bıçaqla Kənan Kərimovun döş qəfəsinə kəsici və deşici xəsarət yetirərək hadisə yerini tərk edib. Kənan Kərimov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Əkrəm Nəcəfov tutularaq istintaqa təhvil verilib.
 
Şəki RMX-dan APA-ya bildirilib ki, Kənan Kərimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar