Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə it 7 nəfərə hücum etdi

Dünən - iyunun 21-də Şəkinin Baş Göynük kəndində ikisi azyaşlı olmaqla 7 nəfəri it dişləyib


 Həyətlərin birinə soxulan it uşaqlara hücum edib, 6 yaşlı Nardanə Abdullayevanın başından tutaraq yerlə sürüyüb.

Baş Göynük İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən virtualaz.org saytına bildiriblər ki, son vaxtlar kənddə sahibsiz itlərin sayı artıb. Çünki indi heyvanların öldürülməsinə icazə vermirlər. “Axşamlar itlərin əlindən darvazaları açıq saxlamaq olmur. Kəndin içində adamlara hücum edirlər”, - nümayəndəliyin əməkdaşı deyib.

İt öldürülüb, quduzluğa yoluxub-yoluxmamasını müəyyənləşdirmək üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Sərxan Musayev isə sayta bildirib ki, it dişləyən uşaqlardan birinin 6, digərinin 16 yaşı var. 7 nəfərin hər biri həkim nəzarətindədir, quduzluğa qarşı peyvənd olunub. “Son vaxtlar heyvan dişləməsi ilə bağlı müraciətlər artır, indi az qala hər həftə 1-2 müraciət qeydə alınır. Bu il quduzluq və ya xəstələrin ağırlaşması olmayıb”, - baş həkimin müavini əlavə edib.

Virtualaz.org xatırladır ki, sahibsiz itlərin öldürülməsinin qadağan edildiyi 2013-cü ildən indiyədək hər il it dişləmələrinin sayı əvvəlki ildən 10-15 faiz artıq olub. Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılovanın sözlərinə görə, bu ilin 5 ayının göstəriciləri artıq bəllidir. Heyvan dişləmələri ötən ilin müfaviq dövrü ilə müqayisədə 13 faiz artıb. Amma bu il hələ ki quduzluğa yoluxma qeydə alınmayıb. “Heyvan dişləmələrinin 93 faizi itlərin payına düşür. Bu zaman həkimə dərhal müraciət vacibdir”, - İsmayılova deyib.

Statistik göstəricilər təhlil edilir, əvvəllər daha çox Bakıətrafı qəsəbə və kəndlərdən müraciət daxil olurdusa, son vaxtlar bu fərq aradan qalxıb. İsmayılova deyir ki, yalnız dağ kəndlərində heyvan dişləmələrinin sayı bir qədər artıq olur.

Bakı da daxil olmaqla bölgələrdəki xəstəxanalarda kabinetlər yaradılıb, quduzluğa qarşı peyvəndlər paylanılıb. Mütəxəssis əlavə edir ki, dərhal həkimə müraciət etmək lazımdır, əks halda ölümlə nəticələnə bilər: “Biz bilmirik, it quduzdur, ya yox. Dərhal həkimə getmək lazımdır. Quduzluq sağalan xəstəlik deyil”.

Xəstəliyin inkubasiya dövrü 14 gündən başlayaraq 1 ilə qədər çəkə bilər. Bu itin dişləmə yerindən asılıdır. İt insanı aşağı ətraflardan dişləyərsə, o zaman xəstə 1 ildən sonra da ölə bilər. Çünki bu müddətdə xəstəlik gizli qalır. Amma it əl, barmaq və ya üzdən dişləyərsə, xəstə tez bir zamanda ölə bilər. Ölənə kimi isə belə xəstələr infeksion-yoluxucu reanimasiya şöbələrində saxlanılır. Onlarda havadan, sudan, işıqdan qorxma simptomları olduğundan, xüsusi şərait yaradılır, çox hava axını olmayan otaqda qalırlar.

Qeyd edək ki, ötən il 26 min 935 nəfəri heyvan dişləyib. Heyvan dişləmələrinin 23 min 333-ü itlərin payına düşür. Yerdə qalanları pişik, siçovul, inək, meymun, tülkü, çaqqal və ya digər vəhşi heyvanlar dişləyib. 2016-ci ildə isə heyvan dişləmələrinin sayı 19 min 331 olub. İt dişləmələrinin 7197-si Bakının payına düşür.

Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub. Buna əsasən sahibli və ya sahibsiz heyvanlar öldürülə bilməz. Amma heyvanda quduzluq və ya başqa yoluxucu xəstəlik aşkarlanarsa öldürülərək zərərsizləşdirilməsinə icazə verilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar