Şəmkir sakini gəmiricilər əleyhinə dərmandan zəhərlənib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1978-ci il təvəllüdlü Sevinc İsayeva gəmiricilər əleyhinə istifadə edilən dərmandan zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən 37 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl S. İsayeva yaşadığı evin zirzəmisinə gəmiricilər əleyhinə dərman səpib.
Sonradan zirzəmiyə yığılan meyvədən istifadə edən qadın ehtiyatsızlıqdan zəhərlənib.